1. Yüksək və aşağı gəlir siniflərində olan fərqi daha da böyütdü. Bu təsiri azaltmaq üçün milli iqtisadiyyatlar kiçik və orta sahibkarlığa dövlət dəstəyini artırmalıdırlar.


  2. Dövlətlər azalan vergi gəlirini kompensasiya etmək və vergi bazasını genişləndirmək üçün Beynəlxalq Valyuta Fondu və xarici maliyyə institutları ilə iqtisadi aktivliyi artıracaq kredit və digər proqramlar icra etməlidir.


  3. Kiçi və orta biznes daha çox zərər çəkdi - dövlətlər kiçik və orta biznesin artımı və dayanıqlığı üçün stimullaşdırıcı tədbirlər görməlidir.


  4. Kürəsəl olaraq ölkələrin bir-birindən asılılığını qabartdı. Global təchizat zəncirində Çinin əhəmiyyətini daha da qabarıq şəkildə göz önünə çıxdı. Ölkələr fasiləsiz məhsul təchizatını təmin etmək və Çindən asılılığı azaltmaq üçün düşünməlidir.


  5. Rəqəmsal bizneslərin artım sürəti gücləndi və rəqəmsal iqtisadiyyat növbəti 10 ilə gedəcəyi yolu 3 ilə qət elədi. Proses daha da sürətlənəcək.


  6. Asyanın yüksəlişi – COVID-19 daha önəmli bir “keçidi” sürətləndirdi. Qlobal iqtisadiyyatın ağırlıq mərkəzinin şərqə doğru keçidini tezləşdirdi.


  7. Qlobal olaraq yeni inflyasiya dalğası yaratdı və bu dalğa hələ də davam etməkdədir. Əsas əmtəələrin qiymətində artım müşahidə olunmaqdadır. Əsas qənaət proqramlarını aktiv şəkildə biznes və makro səviyyədə icra edilməsi vacibdir.


  8. Qapanmaların iqtisadiyyata təsiri çox təhlükəli olduğunu gördük – qapanmalardansa vaksinasiya tempini artırmaq və gigiyenik qorunma üsullarını daha sərt tətbiq edərək bizneslərə və sosial-iqtisadi tarazlığa daha tez nail olmaq mümkündür.