Facemark.az və Azərbaycanın qabaqcıl təlim mərkəzlərindən olan Business Management School birgə əməkdaşlığa başlayıb.
İş birliyinin əsas məqsədi təşkil ediləcək təlimlərlə peşəkar kadrların yetişməsinə nail olamaq, ölkəmizdə biznes mühitinin və kadrların inkişafına təkan verməkdir.
İlkin mərhələdə aşağıdakı təlimlərin təşkili planlanmaqdadır:
1. Peşəkar marketinq təlimi
2. Rəhbərlər üçün marketinq təlimi
3. Yeni başlayanlar üçün marketing AİR təlimi
4. Sosial Media Marketinqi təlimi
5. Sosial media reklamları və kampaniyaların ölçülməsi təlimi
6. Rəqəmsal marketinq təlimi
7. Brend / məhsul menecmenti
8. Peşəkar PR təlimi
9. CRM təlimi
10. Reklam yazarlığı atelyesi
11. Kopiraytinq təlimi
12. Satış təlimi
13. Marketinq data analitikası - Master Klass
14. Böhran kommunikasiyası - Master Klass
15. Bazar araşdırması - Master Klass
Qeyd edək ki, əldə edilən razılığa əsasən bu iki müəssisə Marketinq, PR və Satış sahələrində peşəkar təlimçilər tərəfindən tam praktiki metodika əsasında tədris ediləcək təlimlərin təşkil edilərək keçirilməsi üçün güc və imkanlarını birləşdirirlər.