Çinin ən iri elektrikli avtomobil istehsalçılarından biri, bu sahədə qlobal lider "Tesla"nın ölkədəki bir nömrəli rəqibi "BYD" satış həcmini sürətlə genişləndirir.


Facemark xarici mediaya istinadən bildirir ki, "BYD" avqust ayında 61.409 ədəd elektromobil satıb. Bu isə ötən ilin müvafiq dövründən 4 dəfə çoxdur.


İyul ayında 50 min ədəddən çox elektrikli avtomobil satan "BYD" bu göstərici ilə digər yerli şirkətləri - "Nio", "Li Auto" və "XPeng"i üstələyib. Qeyd olunan şirkətlərin hər biri avqust ayında 10 min ədəddən az avtomobil təchiz edib.


Davam edən pandemiyanın fəsadlarına və vacib element olan yarımkeçirici çiplərin təchizatındakı ləngimələrə baxmayaraq, Çində elektrikli avtomobil bazarı dövlətin bu sahəyə dəstəyi nəticəsində sürətlə böyüyür.