Golden Drum festivalı qeydiyyat müddətini 1 sentyabr 2021-ə qədər uzadıb.


Facemark rəsmi məlumata əsasən bildirir ki, festivalın qalibləri oktyabrın 15-də onlayn Golden Drum mükafatlandırma mərasimi zamanı elan ediləcək.


27-ci dəfə keçiriləcək Golden Drum festivalı giriş üçün 50% endirim təklif edir. Yarışmaya qeydiyyatdan keçən şəxslərə isə miqdar endirimi tətbiq olunacaq (10+1).


Müsabiqədə bəzi dəyişikliklər edilib. Belə ki, “Nə” və “Niyə” bölmələri 4 yeni bölmə ilə əvəz olunur: “The ONE-CHANNEL” bölməsi, “OMNI-CHANNEL” bölməsi, “CRAFT” bölməsi və “CREATIVE BUSINESS EXCELLENCE” bölməsi.


Əvvəlki mükafatlara əlavə olaraq Bürünc Golden Drum mükafatı təsis edilib.


COVID-19 qrupunda qalib gələcək ən yaxşı iş “Best of COVID-19” adlı xüsusi və yeganə mükafatla təltif olunacaq.


Yeni müsabiqə sisteminə əsasən, münsiflər heyəti 28 ölkədən 58 qabaqcıl sektor mütəxəssisini qarşılayacaq. Ədalətli mühakimə prosesini təmin etmək üçün münsiflər heyətinin əsas hissəsi rəqabətə uyğun olmayan ölkələrdə yerləşən müstəqil agentliklərdən təyin olunur.


Jüri ilə tanış olun: Jüri