Şirkət YouTube Studio panelində görünəcək yeni Nailiyyət Kartları ilə Youtuberləri kanallarını zənginləşdirməyə təşviq edir.


Facemark bildirir ki, YouTube öz açıqlamasında bunları qeyd edib: “Kontent yaradıcıları bu kartları müəyyən mərhələləri keçdikdə görəcəklər, məsələn abunəçilər, baxış sayı və abunələrin keçirdiyi vaxtlar çoxaldıqca nailiyyət kartlarının da sayı artacaq. Bunun məqsədi kontent yaradıcılarını və onların işlərini daha yaxşı tanımaqdır”.


Bu YouTube yeniliyi, bəlkə də, sadə proses kimi görünür, amma xüsusilə, YouTube sahəsinə yeni başlayanlar üçün stimul verici addım ola bilər.


Qeyd etmək lazımdır ki, Twitch canlı yayım platforması da yeni başlayan istifadəçilərə bu cürə nailiyyət kartları təqdim edir.


Əlavə oxu: Oyunsevərlərin qəlbi burada atır - Twitch nədir və Azərbaycanda necə inkişaf edir? - MÜSAHİBƏ


Ən son yeniliklərdən xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!