Sosial şəbəkələrdə əmtəə və xidmətləri müxtəlif üsullarla irəli çəkmək mümkündür. Lakin “İstifadəçini tələb olunan hərəkəti etməyə necə təhrik etməli?” sualına cavab verməyə kömək edən vasitələr daha yaxşıdır.

Facebook-da bunun üçün salamlama əlavəsindən və ya landingpage-dən (LP) istifadə etmək olar. Bu səhifə həm şirkətin hesab tənzimləmələrinin xarici görünüşünü rəngarəng edər, həm də istifadəçini seçim qarşısında qoyar.

Landingpage nədir?

LandingPage – girişdir və ya Facebook-da sizin şirkətin səhifəsinə daxil olan istifadəçinin ilk dəfə gördüyü əlavədir. Yerinə yetirilə bilən müxtəlif hərəkətləri onun üzərinə yazmaq olar: “like” (“bəyən”) basmalı, anketi doldurmalı, keçidlə keçmək və ya qeydiyyatdan keçmək.

LP şirkət üçün – konversiyanın yüksəlməsinin, pul vəsaitlərinin qaytarılmasının və reklama sərf olunan xərclərin azalmasının real mexanizmidir.

Bu gün sosial şəbəkələrdə irəliləmələrin səmərəliliyinin göstəricisi kimi, istifadəçılərin ümumi sayı arxa plana keçir. Sizin icmanızın fəallığı birinci yerə çıxır. Axı heç bir iş görməyən 10 min abunəçi xidmət və ya əmtəənizin satılmasına kömək edə bilməz.

Bu kimə kömək edəcək?


  • Kiçik və orta biznes. Səhifənizə daxil olan istənilən istifadəçi sadəcə “ötüb-keçən” deyil, potensial alıcı və ya abunəçiyə çevrilir.
  • İri İnternet-portallar. LP-dən istifadə reklam xərclərini aşağı salmağa imkan verər.
  • Web-dizayn studiyası. LP-nin mövcudluğu vizual əlavələri rəngarəng etməklə, yeni müştəriləri cəlb edəcək.
  • Frilanserlər. LP sizin vizit kartınıza çevrilə bilər.

    Landingpage yaratmağın üç ən populyar məqsədi:
  • İstifadəçini qeydiyyatdan keçməyə və ya göndərişi imzalamağa məcbur etmək;
  • Konkret məhsulu konkret vəziyyətdə satmaq (satış və ya promo-aksiya);
  • İstifadəçini proqramı yükləməyə və ya qurmağa təhrik etmək.

LP-ni necə yaratmalı?

Məqalənin altında müfəssəl video-göstəriş verilib:


  • Facebook-un 2012-ci il versiyasında LP yaratmaq üçün ingilis dilində;
  • FB 2011 versiyası üçün rus dilində – onda taymlayn yox idi, lakin LP yaratmaq prinsipləri əhəmiyyətli dərəcədə dəyişməyib.

Əsas məqamlar:


1) Facebook səhifənizə Static HTML əlavəsini də daxil edin. Onu tapmaq üçün Facebook-dakı axtarışdan istifadə edin.





2) “PublicContent” əlavəsinin yuxarı pəncərəsi – səhifəyə ilk dəfə daxil olan və ya hələ heç bir hərəkət etməmiş (məsələn, “Bəyən” düyməsini basmamış) istifadəçilərin gördüyüdür. Bu pəncərəyə əvvəlcədən yaradılmış, kənar serverdə yerləşdirilmiş (saytınızın hostunun yerləşdiyi yer və ya Picassa tipli, fotoların saxlanıldığı servislərdə) eni 520 piksel olan təsviri (hündürlüyü məhdud deyil) görüntüləyəcək kod qoyun. Təsviri əlavə etmək üçün kod: <imgsrc="təsvirin ünvanı">


.


3) Sizin LP aşağı düşməməsi və yalnız bir ekranı tutması üçün, sazlamalarda (# Settings kimi işarələnmiş düymə) “Noscrollbars”-ı işarələyə bilərsiniz.



4) “Fans-only content” adlı aşağıdakı pəncərə - yuxarı pəncərədə razılaşdırıldığı kimi, tələb olunan hərəkəti yerinə yetirmiş istifadəçilərin bu məlumata baxa biləcəyini göstərir. Artıq əvvəllər sizin təəssübkeşləriniz olanlar da. Bu pəncərəni doldurmaq vacib deyil.
LP yaradarkən, fotoşopdan istifadə və ya artıq hazır şablonların köməyinə müraciət etmək olar. Şablonlar olan sayt – http://www.aweber.com.
Sadə və aydın LP generasiyası üzrə ödənişli xidmətlər də mövcuddur, onlarla iş zamanı xırdalıqları və məqamları araşdırmağa ehtiyac qalmır - http://lpgenerator.ru/.

LP-dən səmərəli istifadə ilə bağlı məsləhətlər:


  1. İstifadəçıyə onun axtardığı məlumatı təqdim edin.
  2. Böyük şriftlə, aydın başlıqlar yazın və onları görünən yerlərdə yerləşdirin.
  3. İstifadəçiyə konkret hərəkətlər etməyi təklif edin. Təklif istifadəçi üçün aydın və maraqlı olmalıdır.
  4. Təklifinizin nadirlik və anilik hissini yaradın. Əgər istifadəçi iştirak etmək istədiyi aksiyanın tez bitəcəyini hiss etsə, onda təcili tədbirlər görəcək.
  5. Əmtəə və xidmətinizi axtarmaq mümkün olacaq açar sözlərdən istifadə edin.
  6. Məqsədli auditoriyanıza istiqamətlənin.
  7. Düymələrdən istifadə edin, axı istənilən istifadəçi onlara basmağın mümkünlüyündən xəbərdardır. Həmçinin oxlardan, ikonkalardan və parlaq şəkillərdən istifadə etmək olar.
  8. Həm funksionallıqda, həm də mətndə lazımsız elementlərdən və artıq yükdən qaçın. Çox yüklənmiş səhifə istifadəçini qorxuda bilər. Nə qədər sadə olsa, bir o qədər yaxşıdır.
  9. LP-yə məhsulunuza etibar elementləri – icmal xüsusiyyətli videonu, istifadəçilərin şərhlərini əlavə edin.
  10. Hər reklam kompaniyası üçün ayrıca LP yaradın. Təkrarlanmayın.



Biznesinfo.az