Marka loqoya rəngli arxa planlar əlavə edərək eyni yazı tərzinə sadiq qalıb.


Cənubi Koreyanın “LG” şirkəti "Gələcəyin üzü" adlanan yenilənmiş loqo təqdim edəcək. Yeni loqotip şirkətin mövcud yazılışına əsaslanır və müxtəlif rəngli arxa planlarla birlikdə təqdim olunur. Facemark “Business Korea”ya istinadən bildirir ki, loqotip rəqəmsal texnologiya üslubunu əks etdirir.


Dizaynın yeni versiyaları cəmiyyəti, texnologiyanı, dünyanı və marka konsepsiyasının gələcəyini birləşdirməyə hesablanıb. Şirkət məhsullarında və reklam çarxlarında loqotipin fərqli versiyalarından istifadə etməyi planlaşdırır.


Gələcəkdə "LG" marka imicini yaxşılaşdırmağa və yeni auditoriyaya çatmaq üçün böyük reklam kampaniyasına başlamağa hazırlaşır. Beləliklə, şirkət MZ nəslinin istehlakçılarına (1980 və 2000-ci illərin əvvəllərində anadan olmuş) yaxınlaşmağa çalışır. Gənc və perspektivli "LG" əməkdaşları strategiyanı həyata keçirmək üçün kampaniyaya cəlb ediləcəklər.