Apreldə Çinin ən böyük ecom-platforması olan və Alibaba Group-a aid olan Tmall-da Adidas-ın satışları 78% aşağı düşüb.


Facemark.az xəbər verir ki, Campaign nəşrinin yazdığına görə, digər idman malları istehsalçısı Nike-ın isə onlayn satışları 59% aşağı enib.


Səbəb isə Çinli istifadəçilərin iri beynəlxalq kompaniyalara elan etdikləri boykot ilə bağlı olub. Boykot, təkcə şirkətin maliyyə və əməliyyat nəticələrinə təsir etməyib. Reuters nəşrinin yazdığına, əsasən Reebok razılaşması uğursuzluqla nəticələnə bilər.


Bildirək ki, Adidas Reebok-u 2006-cı ildə Nike ilə mübarizə aparmaq üçün 3,8 milyard dollara alıb.


Mövzu ilə bağlı bu məqaləni oxuya bilərsiniz.