“Spotify” Azərbaycanda aktivləşməsi ilə podcastlara olan maraq da artacaq.


Podcast musiqi və səs yazılarını avtomatik yükləməyə imkan verən proqramdır. Podcastlarda mövzu seçimi sərbəstdir. İstənilən mövzu haqqında səsləndirməni paylaşmaq mümkündür. Qısa və anlaşılan kontentlərin (xüsusilə, video kontent) önəminin artdığı dövrümüzdə şirkətlərin müştərilə xitabı üçün bu tipli dijital yeniliklərə yönəlirlər.


Podcastın formatı hansı platformada yayımlanacağından və hədəf kütləsindən asılıdır. Məhsul və şirkət haqqında yer alan qısa məlumatlar müştərilərin qərar verməsinə təsir gücünü artırır.


Öncə, mövzu və ad seçilməlidir. Adın birbaşa məhsul və şirkət adının reklamına yönəlməməsinə, daha çox sektorunuz və satdığınız məhsulla əlaqəli hekayə formatında olmasına üstünlük verilməlidir. Son illərdə marketinqdə hekayələrin gücü artıq hamımıza məlumdur.


Növbəti addımda açar sözlərin seçilməsi gəlir. Standart SEO qaydalarını xatırlasaq, hədəf kütlənin axtarış nəticələri və önə çıxmanı təmin edə bilərik. Asan yadda qalan və tez xatırlana bilən adlara, həmçinin açar sözlərə üstünlük verilməlidir.


Mövzu, ad, musiqi seçimində spesifik yanaşmaqda fayda vardır. Podcast-ların paylaşılacağı platformalara və onların hədəf kütləsinə uyğun məzmun təklif etmək tövsiyə olunandır.


Podcast örtük şəkli Spotify və Apple Podcasts tətbiqlərində görünən kiçik şəkildir. Şəkil seçimi də podcastların dinlənmə və yüklənməsi üçün vacibdir.


Giriş və son musiqi, sloqan da diqqət edilməsi vacib digər məqamlardır. The Free Music Archive, Danosongs, Incompetech musiqi seçimi üçün ödənişsiz tövsiyə olunan platformalardan bir neçəsidir.