Pandemiya dövründə bunları bizə öyrətdi ki, empati– biznesdə gəlirliliyin artımına səbəb olan insan xarakterinin keyfiyyət ünsürlərindəndir.


Son 1 ildə dünyamız üçün çətin anlar yaşanır. Hər yaşadığımız gün bir çox biznes sahələri üçün çətin oldu. Biznes sahələri, ya tamam qapandı, ya da fəaliyyət formalarında məcburi olaraq dəyişikliklər etdilər. Bu pandemiya dövründə bir çox suallar ortaya çıxdı:


- Marketinq fəaliyyətini adi rejimdə davam etdirək?


- Yaranmış çətin situasiyada qarşıya çıxan sualları necə cavablandıraq?


- Yeni məhsullar istehsal etməyə dəyər?


- Kommunikasiya alətləri yetərlidir?


Əsas odur ki, həyəcanlanmayaq!


İnsanlar sosial izolyasiyadadırlar, bəs brendlər nə etsinlər?


Qapanma zamanı biznes sahələri öz fəaliyyət formalarını, əsasən, online formatda həyata keçirmələri vacibdir. Bu zaman daha çevik tərpənənlər və digərlərindən daha yaxşı hazırlaşanlar böhrandan daha az itkilərlə çıxa və hətta mənfəətli ola bilərlər.


Bu arada bir neçə məsləhətim olacaq:


- Çaxnaşmaya düşməyin və həyəcan keçirməyin. İnsalar əylənməyi və şad olmağı sevirlər. Heç kim qəmlənməyi sevmir. Bəli, hazırda dünyamızda nələrinsə düz olmadığını bilirik, amma tezliklə hər şey yaxşı olacaq.


Tarixə nəzər salsaq, müharibə dövründə çətin anlarda belə, müjdə verən insanlar xüsusi dəyərli idilər. Markanızın bu anda dəyərli olmasına icazə verin!


Daha yaxşı olar ki, sosial şəbəkə hesablarında müxtəlif müsabiqələr təşkil olunsun. Bu eyni zamanda müştərilərdə yaranmış gərginliyi azaltmış olar və yeni satışlara səbəb ola bilər.


Unutmayın: marketinq kommunikasiyada özünü dəyişmədi. Müştərilər ilə eyni ruhda ünsiyyətə davam etdi və dünyada baş verən dəyişikliklərə cavab vermiş oldu.


- Planlaşdırdığınız aktivliklə işləməyə davam edin.


Koronavirus mövzusunun əhəmiyyətinin dərəcəsinə baxmayaraq unutmayın ki, mütləq pandemiya sonrası gözəl bir gələcək var. Karantin dönəmində iş cədvəlində baş verən dəyişikliklər marketinq fəaliyyətinin tamamilə dayandırılması anlamına gəlmir.


Pandemiya həyatımıza dominantlıq etməmişdən öncə çox güman ki, 2020-ci il üçün marketinq konsepsiyası hazırlamışdınız. İstiqamətinizi dəyişsəz belə bu o demək deyil ki, işinizin dayandırmanız üçün səbəbdir. Son dövrə əldə etdiyiniz uğurları bir andaca sonlandıra bilməzsiniz. Yəni, mühitə necə uyğunlaşa biləcəyinizi düşünün. Bu arada online ticarət fəaliyyəti göstərən saytlardan birinin lozunqunu diqqətinizə çatdıraq istərdim:


Virus küçədə tüğyan edərkən alış-verişlərə getməyi dayandırın. Qidaları evdən çıxmadan onlayn əldə edin. Bununla, həm rahat, həm də təhlükəsizlikdə qalın.


- Sevinc yay. Yaxşı yumor və qayğı insanlarla etibarlı münasibət qurmaq üçün ən yaxşı səbəbdir. Müştərilərlə uzunmüddətli münasibət qurmağa gəldikdə nəinki ən yaxşı vaxtlarda, xüsusən, ən pis dönəmlərdə də həyatlarında baş verə biləcək hadisələrə empati göstərmək lazımdır.


Hər kəsə daha yaxşı günlər arzu edirəm.


Hüseynağa Əliyev