Fevralın 1-dən əyani tədris mərhələli şəkildə bərpa olunacaq. Belə ki, ilk olaraq ibtidai siniflər dərsə başlayacaq. Şagirdlər məktəbə daxil olarkən temperaturu yoxlanılacaq və səhhətlərində hər hansı narahatlıq olacağı təqdirdə təcrid otağına yönləndiriləcək.


Tənəffüslər isə klassik qaydada olmayacaq, dəhlizdə sıxlığın yaranmaması üçün şagirdlər asudə vaxtlarını sinif otağında keçirəcəklər. Əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər rayon və şəhərlərdə isə 4-5 dəfə keçiriləcək, qalan günlər şagirdlər distant formada tədrisi davam etdirəcəklər.


Artıq məktəblərdə sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq hazırlıq işləri görülür.


Facemark.az xəbər verir ki, Report məktəblərin ənənəvi tədrisə hazırlığını yoxlayıb: