Sözsüz ki, bu yazının yazılmasına əsas səbəblərdən biri dünyada tüğyan edən Covid-19 pandemiyasıdır. Bütün dünyanı bir-birinə vuran virusun markanın dəyərinin artmağına nə aidiyyatı ola bilər? Axı, bir çox markanı uçurumun məngənəsinə bu virus gətirməyib? Bu haqda daha sonra. Əvvəlcə baxaq görək nədir hər kəsin dilində düşməyən bu Netflix?


Netflix 1997-ci ildə ABŞ-ın Kaliforniya ştatında Reed Hastings və Marc Randolph tərəfində təməli qoyulmuş film və serial yayım platformudur. İlk zamanlarda işə DVD disklərin satışı və kirayəsi ilə başlayaraq qısa zamanda ABŞ-da məhşurlaşan və genişlənən şirkət 1999-cu ildə aylıq abunə olma konspetini təqdim etdi. Bununla da, hər dəfə üçün kirayə haqqı almaq yerinə daha uzun müddətli abunəliklərə yönəlmiş oldu. 2003-cü ildə artıq Netflixin illik gəliri 272 milyon dollar idi. Getdikcə genişlənən şirkət ilk dəfə 2010-cu ildə qonşu Kanada bazarına daxil oldu. 2013-cü ildə Latın Amerikası ölkələri üçün öz xidmətlərini aktiv edən Netflix, daha sonra Avropaya, 2016-ci ildə bütün dünyaya yayılma hədəfini müəyyənləşdirdi. Hazırda dünyada Çin, Şimali Koreya, Suriya istisna olmaqla demək olar bütün ölkələrdə Netflix üzvlük xidməti fəaliyyət göstərir.



Netflixin son illərdən artan marka dəyəri fevral-mart aylarında bütün dünyada artan pandemiyanın bərabərində gətirdiyi karantin rejimləri ilə daha da artdı. Karatinlə əlaqədar evdə vaxt keçirən insanlar böyük ölçüdə Netflixə yönəlməyə başladı. Xüsusən rifah səviyəsi yüksək olan ölkələr üçün aylıq abunə haqqı olduqca aşağı səviyyələrdədir. Eyni zamanda hətta platformadan 4 nəfərin eyni anda istifadə edə bilmə üstünlüyü, TV, telefon və kompüter üzərində izlənə bilinməsi bu proqramı onlar üçün daha da əlçatan etdi. Bu ilin ilk rübündə şirkət təxmin etdiyin 2 dəfə çox üzvlük əldə edərək ümumi abunə sayını 183 milyona çatdırdı. İlk 3 ay ərzində 16 milyon yaxın yeni üzv və 5.8 milyard dollar qazanc əldə etdi. Netflix hissələri isə ümumilikdə 35% artım göstərmişdir.


Netflixin yüksəlişinin illərdir zirvədə yer alan bir digər ABŞ nəhəngi Disney üçün təhlükə yaratdığını söyləmək olar.


Müəllif: Fərid Abdıyev, Brend menecer