Veliky Ustyug-dan olan Şaxta Baba özünün TikTok hesabını açıb. Kalininqraddan olan bir məktəbli qışın populyar simvolu olan Şaxta Babanın sosial şəbəkədə hesabının açılmasını təklif edib.


Facemark.az xəbər verir ki, hesab artıq “mavi tık” da əldə edib.


Şaxta Baba TikTok platformasında özünün birinci çellencini də edib və insanlardan Yeni ilə necə hazırlaşdıqlarını nümayiş etdirmələrini istəyib. O, həmçinin özünün Veliky Ustyug şəhərindən olan malikanəsini də sosial platformada paylaşıb. Malikanənin tur videosu bloqda ən populyarlardan biri olub.



Yeni il TokTokeri mahnı oxuyur və qonaqlar ilə rəqs edir. O, tətil ərzində yeni videolar paylaşmağı və fərqli ölkələrin Yeni il ənənələri haqqında danışmağı, eləcə də məşhur bloggerləri qonaq qismində dəvət etməyi də düşünür. Şaxta Babanın fikrincə, şəbəkənin gənc ulduzları onun əsl köməkçilərinə çevriləcəklər. Özlərinin müsbət və pozitiv kontentlərini izləyicilər ilə paylaşacaqlar.


Bildirək ki, dekabrda Tomskdan olan marketoloq Denis Amasov Şaxta Babanın imicini qorumaq üçün ayağa qalxdı. O, Coca-Cola şirkətindən özünün Yeni il kampaniyasında yer alan Santa-Klausun, qışın əsl qəhrəmanı olan Şaxta Baba ilə dəyişdirilməsini tələb etdi. Amosov mənəvi ziyanı 30 milyon rubl qiymətləndirirdi.