Sosial medianın əhəmiyyəti markalar tərəfindən artıq qəbul olunduğu görünür. Bəs fərdi markalarına sahib məşhurlar bu yeni faktın üzərində dayanırlar? Media Təqib Mərkəzi (MTM) sosial mediada ən çox danışılan məşhurları lupa altına alaraq, bu araşdırmanın hesabatını nəşr etdi. Bu da sosial aləminin məşhurları…


Sosial medianın əhəmiyyəti və məşhurluğu gün keçdikcə artır. İstifadəçilərin düşüncə və tələblərini azadca paylaşmalarını təmin edən məcra, pərəstişkarları ilə ünsiyyət qurmaq istəyən sənətçilər üçün də qaçırılmaz bir fürsət təqdim edir. Bir çox sənətçi və məşhurlar Facebook, Twitter, Friendfeed hesabları üzərindən albom təqdimatları etməklə, konsertlərini eşitdirməklə, hətta pərəstişkarlarına mesajlar göndərməklə gündəmdə qala bilirlər. Sosial aləmin bu gücündən yola çıxan Media Təqib Mərkəzi (MTM), məcranın gündəmdəki ən məşhur adlarını araşdırdı.


Facebook, Twitter, Friendfeed, Ekşi Sözlük, Youtube kimi bir çox sosial şəbəkəni araşdıran MTM, sosial mediada ən çox yazılan 50 məşhuru təyin etdi. 1 Sentyabr-25 Oktyabr 2011 tarixlərini əhatə edən araşdırma hesabatına görə, haqqında ən çox danışılan məşhur Ebru Gündeş oldu. Xüsusilə Facebook-da haqqında tez-tez şərhlər yazılan sənətçinin daha çox gündəmdə olduğu digər platformalar isə sıralama ilə Twitter, Youtube və Ekşi Sözlük oldu.


Sosial mediada bir başqa məşhur isə Sezen Aksu idi. Kiçik sərçənin ən çox danışıldığı sosial şəbəkələr isə Facebook başda olmaqla, Twitter, Ekşi Sözlük və Frienfeed olmuşdur. Sosial medianın ən çox danışılan üçüncü məşhuru isə Ajda Pekkan idi. Sənətçi haqqında ən çox şərh/paylaşma edildiyi platforma, Facebook olmuşdur.


Sosial mediada adı ən çox adı keçən digər məşhurlar sırasında Cem Yılmaz, Serdar Ortaç, İbrahim Tatlıses, Hadise, Teoman, Demet Akalın, Sibel Can, Gülben Ergen, İsmayıl YK, Ferhad Göçer, Hülya Avşar və Hilal Cebeci oldular.


Twitterin ən məşhurları…


Media Təqib Mərkəzinin eyni vaxtla bağlı hesabatına görə Twitterin ən çox danışılan məşhurları da təyin olundu. Sezen Aksu 2.184 mesaj ilə liderliyini saxlayaraq, daha sonra isə 2.135 mesaj ilə Ajda Pekkan oldu. Panpiş mesajları ilə gündəmdə qalmağı bacaran üçüncu bir məşhur Hilal Cebeci isə Twitterdə haqqında ən çox mesaj/şərh yazılan məşhur olmuşdur.


Facebook-un 3 məşhuru!


Təxminən 30 milyon istifadəçisiylə Türkiyənin ən məşhur sosial şəbəkəsi olan Facebook-un ən çox danışılanlar siyahısında 7.261 mesaj ilə Ebru Gündeş ilk sırada yer almışdır. Gündeşi 4.618 mesaj ilə İbrahim Tatlıses, 4.577 mesaj ilə Cem Yılmaz və 4.342 mesaj ilə Sibel Can izləmişdir.


Ekşisözlükdə haqqında ən çox şərh edilən sənətçilər…


Araşdırma müddəti daxilində, bir başqa məşhur sosial şəbəkə Ekşi Sözlükdə ən çox danışılan məşhur 749 mesaj/yazı ilə Hadise oldu. Hadiseni 339 mesaj ilə Hilal Cebeci və 274 mesaj ilə Sezen Aksu izləmişdir.