İlon Mask bir həftə ərzində ikinci dəfədir ki, flaqman modeli olan Tesla Model S-in qiymətini aşağı salır.


Facemark.az xəbər verir ki, biznesmen özünün Twitter hesabı üzərindən yazıb ki, bu gecə Model S-in qiyməti 69,420 dollara dəyişəcək.


Söhbət İlon Maskdan gedirsə, yuxarıda yazılan rəqəm nəyisə ehtiva etməlidir. Belə ki, Mask bu rəqəmlərdən özünün tvitlərində mütəmadi olaraq istifadə edir. Məsələn, bir dəfə ad günündə, yəni 28 iyunda yuxarıda adını çəkdiyimiz sosial şəbəkə üzərindən zarafatla demişdir ki, o aprel ayından 69 gün sonra dünyaya gəlib.



Maskın belə bir tvit atmasına səbəb isə rəqibi elektrik mühərrikli avtomobil istehsalçısının Lucid Motors-un yeni maşının Federal Vergi Güzəşti aldıqdan sonra 77,4 min dolar və ya 69,9 min dollara satılacağı ilə bağlı informasiya olub.


Bu artıq bir həftədə ikinci dəfədir ki, Model S-də qiymət endirimi baş verir. Belə ki, daha əvvəl Long Range Plus ilə komplekləşdirilmiş Model S-in qiyməti 74,990 dollardan 71, 990 dollara enmişdi. PERFORMANCE ilə kompekləşdirilmiş avtomobilin qiyməti isə 94, 990 dollardan 91,990 dollara düşmüşdü.


Bu gün İlon Mask planetin ən varlı insanlarının TOP 10-a daxildir. Onun şəxsi sərvətinin həcmi 70,8 milyard dollar qiymətləndirilir. İş adamı rəqiblərini trollamaqdan xoşu gəlir. Məsələn, o, pilotsuz Crew Dragonun gəmisini KOSMİK FƏZAYA göndərdi. O, Roskosmosun rəhbərinin sözlərini trollayaraq dedi ki, Dmitri Roqozin trampilindən istifadə edərək kosmonavtları kosmik fəzaya göndərə bilər.