Call To Action “Hərəkətə keçirmək” mənasını ifadə edən bir anlayışdır. Məlumdur ki, reklamlar satışların artmasına yardım edən bir vasitədir. Bu baxımdan reklamların hər birində CTA düymələrindən istifadə edilir.
Bir çox reklamverənlər fərqində olmadan belə bundan istifadə edirlər.
Lakin starteji cəhətdən və professional baxımdan düşünüldükdə bu funksiya satış üçün böyük əhəmiyyət kəsb edir.
CTA bir sıra fərqli şəkildə qarşımıza çıxa bilər. Nümunə üçün, “Instagram hesabımızı izlə”, “Youtube kanalımıza abunə ol və s. mesajları verən ifadələr bu qəbildəndir.
Uğurlu CTA mesajları bir çox potensial müştərini real müştəriyə çevirə bilir. Reklamların sayının çoxaldığı bir dövrdə uğurlu CTA mesajlarının da verilməsi olduqca çətinləşir. Uğurlu CTA üçün aşağıdakılar faydalı ola bilər:
- Diqqəti cəlb edən dizaynlar ilə fərq yaratmaq;
- Animasiya və ya GİF kimi hərəkətli videolardan istifadə etmək;
- Doğru mətn və dizaynlar ilə daha çox faydalı olmaq;
- Reklamın xüsusi bir üstünlüyə malik olması;
- Reklamın rəng, ölçü və dizayn uyğunluğu və müəyyən bir müddəti əhatə etməsi.
Bunun kimi bir çox üsullar vasitəsilə CTA performansını artırmaq olar. Xüsusilə E-ticarət sektorunda əhəmiyyətli yeri olan CTA-nın istifadəsi satışları artırmaq üçün önəmlidir!
Sizə təsirli CTA nümunələrini təqdim edirik:
- Yüklə;
- İzlə;
- Bəyən;
- İndi al;
- Daha çox məlumat al;
- Sifariş et;
- Paylaş;
- Pulsuz yoxla;
- Mesaj göndər;
- Dostuna tövsiyə et və s.
Müəllif: Gülşən Cəfərli, SMM mütəxəssisi