Məşhur insayder Con Prosserin paylaşdığı xəbərə, əsasən iPhone 12-nin təqdimatı ənənəvi olaraq payızda-sentyabrda deyil, oktyabrda baş tutacaq.


Pandemiya və digər sosial-iqtisadi çətinlikləri nəzərə alsaq, yeni məhsulun satışlarının digər məhsular kimi yüksək olmayacağı təxmin edilir. facemark.az saytı bununla bağlı Apple istifadəçiləri arasında onlayn sorğu keçirib.


Sorğuya əsasən insanların:


  • 52% telefonu alacaq maddi imkanlarının olmadığını;
  • 19% maddi imkanının olduğunu, lakin istəmədiyini;
  • 7% məhsul təqdim olunandan sonra 1 ay ərzində alacaqlarını;
  • Qalan 20% isə digər fərqli cavabları qeyd ediblər.

facemark.az Alma Store-dan aldığı məlumata görə, yeni cihazların Azərbaycandaki satış tarixi yalnız rəsmi təqdimatdan sonra bilinəcək. Qeyd edək ki, Alma Store Apple şirkətinin Azərbaycandakı rəsmi distribütorudur.


Təqdimatdan öncə bəzi məlumatlar internetə sızıb. iPpone 12 ilə bir yerdə yeni bir abunəlik sistemi təqdim olacağı düşünülür.


Bu barədə DigitalAge saytı məlumat verir. Məlumata, əsasən abunəliyin adının “Apple One” olacağı bildirilib.


Abunəlikdə Apple-ın Apple Music, Apple TV+, Apple Arcade ve Apple News+ servislərindən əlavə, iCloud bulud xidmətində saxlanılması təklif olunacağı proqnozlaşdırılır.


Müəllif: Nicat Hacıyev