Satış universal fəaliyyət sahəsidir. Minillər boyu təkmilləşən, yenilənən və daim müasir qalan qırılmaz inkişaf prosesidir. Məhsul çeşidi genişləndikcə, insanların güzəranı yaxşılaşdıca satışın tempi və miqyası, əhatə dairəsi, dinamikası dəyişən şərait səviyyəsində yenidən qurulur.


Satış çevikdir, situasiyaya tez adaptasiya olduğundan mayasında daim yenilənmə var. Gülərüzdür, kommunikativdir, şəndir, müzakirəyə açıqdır, alternativlər təklif edə bilir, optimisdir, təbiətində həyatsevərlik var.


Satışın alət və məcraları bu gün daha da genişlənməkdədir. Qloballaşma və rəqəmsal texnoloji baza onun qarşısında yeni və zəngin imkanlar açır. Amma satışın dominant tərəfi alıcı olaraq qalmaqdadır. Burada insan amili, həm müsbət, həm də mənfi rol oynaya bilir və bu, qaçılmazdır.


Bununla bərabər, bəzi köhnə alətlərdən də istifadə etmək müasir zamanda da satışın işinə yarayır. Bu baxımdan marketinq satışa dəstək vermək məqsədlə SARAFAN RADİOSUNDAN yaradıcı şəkildə maksimal effektivliklə faydalana bilər.


Sarafan radiosu və ya «dildən dilə marketinq» alətinin hardan meydana gəldiyi barədə heç düşündünüzmü?


Hətta Vaqif Gərayzadənin musiqi yazdığı məşhur bir mahnıda sarafan xüsusilə vurğulanmışdır. Gözəl mahnıdır. Dinləyin.



20-ci əsrin 20-30-cu illərinə kimi qadınlar kütləvi şəkildə və həvəslə sarafan paltarlar geyinirdilər. O zamanlarda məhsulların və xidmətlərin çeşidi geniş olmadığı və reklam kanalları az olduğu üçün, xüsusilə əyalətlərdə hər bir markanın ən effektiv təşviqatçıları sarafanlı qadınlar olurdular. Qadınlar bir-birinin zəmanətinin vacib olduğunu daha ciddi dəyərləndirir və seçim edərkən mütləq rəfiqəsinin məsləhətini xatırlayırdı.



Bu şəkli görən hər kəs deyə bilər. Bu ki yüz il bundan qabaq olub. Bu gün bu barədə danışmağa dəyərmi?


Dəyər! Dişiniz ağrıyanda dərhal dostunuza-tanışınıza zəng vurursunuz, yaxşı həkim barədə məsləhət istəyirsiniz. Çünki həkimin xidmətindən istifadə edən və özünüzün də tanıdığınız insanın zəmanəti hər cür reklamdan üstün olacaqdır. Özünüz də sonralar həmin həkimi başqalarına tövsiyə edirsiniz. Elə deyilmi?


Bu gün internetin təqdim etdiyi potensial resurslar sayəsində və sosial medianın inanılmaz geniş üfüqləri əhatəsində «saysız-hesabsız» laykmaniya iştirakçılarının malın və ya xidmətin özündən şəxsən faydalanıb-faydalanmadığı bəlli olmur.


Sarafan radiosu isə sənə israrla özünün sınadığı və bəyəndiyi malı və xidməti tövsiyə edir. Öz fikrini arqumentləşdirir, məhsulun üstünlüklərini və fərqliliyini inandırıcı şəkildə söyləyir.


Bu reklam deyil, qeyri-kommersiya fəaliyyətidir, insanlar malın təşviqi üçün ödəniş almırlar, onlar hətta istehsalçı və satıcını belə tanımırlar.


Mal və xidməti özü bəyəndiyi üçün başqasına da təklif edir. Onu da qeyd edim ki, bu tipli insanlar liderlik kefiyyətinə malikdirlər, xarizmaları var və öz qənaətlərini başqalarına həvəslə təşviq edirlər və bu prosesdə informasiya zəncirvari formatda yeni insanlara çatmış olur, onların seçiminə ciddi təsir göstərə bilir.



Sarafan radio liderlərləri məşhur insanlar da ola bilər. Onlar brand ambassadorlarından fəqrlənirlər. Marka elçiləri apardıqları təbliğat fəaliyyəti üçün pul alırlar. Sarafan radiosu isə kommersiya fəaliyyətinə cəlb olunmur. Onlar sadəcə mal və xidmətə olan inamlarını publik olaraq söyləməkdən zövq alırlar, istifadə etdikləri məhsul onlara çox əzizdir, onların məhsula loyallıq, yəni emosional bağlılığı güclü olur.


Sarafan radiosu ilə alıcılara təsirin daha da effektiv olması üçün onları sevdiyinizi, sizin üçün müştərinin ən önəmli kapital olduğunu sevərəkdən vurğulamağı ön planda saxlayın.


Alıcının Sizin satışdan məmnun qalması müqayisəyəgəlməz dərəcədə vacib komponentdir. Sizin mağazadan çıxan alıcı dost-tanışına müsbət və ya mənfi təssüratlarını qat-qat tünd boyalarla söyləyəcəkdir.


Müştəriyə hədiyyələr verin. Bunun qiymətindən çox məhsul ilə identifikasiyası önəmlidir. Müştəri Sizin onun barəsində düşündüyünüzü biləndə, mütəssir olur, brand ilə onun arasında dostcanlı bağlantı yaranır. Məsələn, müştərinin çoxdan ala bilmədiyi və arzusunda olduğu, yerindəcə tam ödəniş edib ala bilmədiyi məhsulu ona güzəştli şərtlərlə satsanız, sarafan radio üçün yeni bir lider yetirmiş olarsınız.


Müştərini Sizin məhsul və ya xidmətdən bolluca danışmağa həvsləndirin, Sizin sahəniz barəsində sosial şəbəkdə daha çox paylaşmasına müxtəlif vasitələrlə təkan verin.


Satış və xidmət prossində müştərini heyrətləndirən və bu barədə sonralar danışmağa və paylaşmağa təkan verən gözlənilməz gedişlər edin.


Mal və xidmət sahəsində mərasim elementlərindən faydalanın. Müştərinin qarşılanmasında, yola salınmasında unudulmayacaq formatlar tətbiq edin ki, o da bu informasiyanı daha geniş kütlə ilə paylaşsın.


Bəzi hallarda özünüz satış və xidmət məkanında özünüzü sarafan radio kimi aparın, yanınızdakılarla təşviq mövzusunda söhbətlər edin, qoyun Sizi eşitsinlər, soruşsalar, peşəkarcasına cavablandırın.


Rəqiblərin etmədiklərini edin. Məsələn, mən oxumuşdum ki, bir pivəxananın yanında öz ev heyvanlarını gəzdirəndən sonra saxlamaq və hətta yedizdirmək üçün xüsusi şərait yaradılmışdı. Müştərilər ev heyvanlarını arxayınlıqla orada xidmətçiyə təhvil verir, pivəxanadan çıxandan sonra öz itini götürüb evinə gedirdi.


Bütün hallarda insan nəvazişə və qayğıya ehtiyac duyur. Bunu ondan əsirgəməyin. Bundan ötrü sarafan radiosu əvəzolunmazdır.



Beləliklə, sarafon radiosunun məqsədi mal və ya xidmət barəsində informasiyanın reklam kimi deyil, qeyri-kommersiya formatında və könüllü oaraq yaılmasından ibarətdir. Hətta sosial mediada belə, sənə verilən məsləhətin müəllifini ya şəxsən tanıylrsan, ya onun barəsində məlumatlısan, ya da ki onun arqumentləri qarşısında gücsüz qalırsan və insanın obyektivliyinə inanırsan.


Sarafan radionun əsas prinsipləri fəaliyyətin iştirakçılarının üzdə olmaması, onların öz fəaliyyətlərini qazanc məqsədi ilə həyata keçirməmələri, yalnız konkret hədəf kütləyə müraciət olunmas, zəmanət liderlərinin yüksək aktivliyi, mesajların emosional təsir gücünün yüksəkliyi, informasiyanın etibarlı mənbədən gəlməsi, inadırıcı və səmimi olması, hədəf kütləyə gerçək təsirin fərqli üstünlüyə malik olmasıdır.



Sarafan radiosu nədən effektif olmaya bilər?


Əgər məhsulu təşviq edən lider özü dediklərinə tam əmin deyilsə, tez-tez mövqeyini dəyişirsə, başqa məhsulları da eyni səviyyədə təbliğ edirsə, bu ciddi təhlükə yarada bilər.


Digər tərəfdən, məhsulu təşviq edən şəxs məhsulun unikal keyfiyyətlərini, özəlliklərini və yalnız ona xas olan xarakteristikasını bilmirsə, onun fəaliyyəti ziyan da gətirə bilər.


Odur ki, sarafan radionun tam effektiv oması üçün bu proseslər marketinq fəaliyyətinin tərkibində, marketinq və satışın təşəbbüsü və iştirakı ilə, habelə daim peşəkarların nəzarəti olmaqla həyata keçirilirsə daha ciddi geri dönüş əldə etmək olar.


Bu gün böhran şəraitində marketinq resursları və alətlərinin bütün arsenalını səfərbər etmək, aktivləşdirmək və konkret nəticələrə yönləndirmək günün aktual olan məsəslələrindəndır.


Teymur Məmmədov,


Marketinq üzrə konsultant


Adver.az