Onlayn iş rejimi Covid-19 səbəbi ilə artıq sadəcə müəyyən bir kəsimin deyil, kütlələrin həyatına daxil oldu. Bu vəziyyətdən çox məmnun olanlarla yanaşı, razı qalmayanlar da çoxluq təşkil edir.
Öncə məsafədən işləməyə başlayan zaman insanlar onun sadəcə müsbət tərəflərini kəşf edirlər, lakin zaman keçdikcə isə fikirlərini dəyişməyə başlayırlar.
Müsbət tərəfləri arasında ən çox diqqət çəkən məsələlərə misal olaraq, yolda vaxtın itirilməməsi, ofis səs-küyünün olmaması və nəticədə bölünmə olmadan işləmə, ev rahatlığında işləməyin məhsuldarlığa olan müsbət təsirini qeyd edə bilərik.
Hər zaman hər yerdən işləməyin iş dünyasına təsirləri (Working anytime, anywhere: The effects on the world of work) adlı hesabatda iş gününün daha yaxşı tərtibi, işə gedib gəlmə müddəti azaldığı üçün daha yaxşı iş-həyat tarazlığı və daha artıq məhsuldarlıq kimi müsbət tərəflər qeyd olunur.
Digər tərəfdən, məsafədən işləməklə iş və şəxsi həyatın sərhədlərini müəyyən etmək çətin olur.
Həmçinin hesabatda mənfi tərəflərə də toxunulur. Qeyd olunur ki, işçilər daha çox stress keçirə bilərlər.
Məsafədən işləyənlər daha uzun saat işləməyə və daha çox stressə meyl edə bilərlər. Bununla yanaşı, diqqət əskikliyi və bu formada iş görməyə adət etməmə səbəbindən motivasiya zəifliyini də mənfi hal kimi qeyd edə bilərik.
Psixoloq Ruth Stok-Homburg, onlayn işləyənlərin mənfi düşüncələrə qapılmağa daha çox zamanlarının olduğunu və hərəkətsizliyin bu mənfi əhval-ruhiyyəni təşviq etdiyini vurğuladı.
Zehni cəhətdən dinc qalmaq üzərində araşdırma aparan professor Stock-Homburg bildirir ki, bu kimi halların nəticəsində öyrənmə imkanların azalması və işin mənasızlığı kimi təsirləri ola bilər.
Psixoloq bunun depressiyaya və qorxuya səbəb ola biləcəyini, qan dövranını və immunitet sistemini zəiflədə biləcəyini xəbərdar edir.
Fransa və Almaniya mövcud və yeni qanunvericilik səviyyəsində yeni qaydalar üzərində işləməyə başladılar.
Məsələn, Fransa Əmək Qanununun son yenilənməsinə ‟bağlantını kəsmə hüququ (le droit à la déconnexion)” daxil edilib.
Son olaraq hesabat, işçilərin iş yoldaşları ilə əlaqələrini davam etdirə bilmələri və motivasiyanı yüksək tutmaq üçün yarı zamanlı olaraq işə gəlmələrini tövsiyə edir.