Yazının əvvəlini oxumaq üçün link https://bit.ly/2PLPkVS


Müştəriyə təsir etmə yolları hansılardır?


Markaları və firmaları ayakda tutan insanlar müştərilərdir. Müştərilər markalara güc verir və fəaliyyətlərini davam etdirmələrini təmin edir. Marka üçün ən önəmli ünsür müştərilərdir. Təbii ki, müştərilər arasında çətin müştərilərin olması çox normaldır. Hal-hazırda markalar arasında böyük bir rəqabət var və markalar arasındakı bu rəqabətdən sağlam çıxa bilmək üçün müştəriyə təsir etmə yollarını bilmək lazımdır. Bəs müştərilərə təsir etmə yolları hansılardır?


Müştəri araşdırması aparmaq: Müştərini tanımaq üçün dərinləməsinə araşdırma aparmaq lazımdır. Araşdırma baxımından ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq edə bilərsiniz. Nəticədə əldə edəcəyiniz məlumatlara əsasən hərəkət etsəniz daha uğurlu olacağınızdan əmin olun.


Aktual olmağa çalışmaq: Bu bir markanın qalıcılığına ən üst səviyyədə təsir edən xüsusiyyətdir. Qlobal tendensiyaları, dəyişiklikləri və bunların müştərilər üzərindəki təsirlərini təqib etmək lazımdır.


Müştərini anlamağa çalışın: Dünyadakı hansı marka olursa olsun müştəriləri olmadan yola davam etməsi imkansızdır. Müştərini başa düşmədə uğurlu olmayan markaların həyatda qalmaq üçün səbəbləri yoxdur. Bu baxımdan da araşdırmaların aparılması markanın ayaqda durması üçün çox önəmlidir.


İlham verən olun: Məsələn, Apple müştərilərin xəyallarının ötəsində yenilik etdi. İlham baxımından güclü və hörmətli bir nümunə formalaşdırdı və bunun sayəsində qlobal miqyasda ən dəyərli şirkətlərdən birinə çevrildi. Başqa bir nümunə olaraq, Facebook-u göstərə bilərik.


Facebook sosial həyatımızın virtual dünyaya keçməsinə imkan yaratdı. Virtual və sosial həyatı birləşdirərək istifadəçilərinə ilham oldu. Müştərilərin nəzərində ilham mənbəyinə çevrilən markalar qlobal miqyasda nəhəng markalara çevrildilər. Qlobal səviyyədə təsir etməkdə və dünyanı dəyişdirməkdədilər.