Bu gün mağazalarda yüzlərlə özünüinkişaf və biznes yönümlü kitablar vardır. Bir çoxunun fərqlilikləri qədər eyniliklər də gözə çarpır.


Fikrimcə, əksər biznes və özünüinkişaf kitabları aşağıdakı 10 mövzu üzərində qurulub:


1. Ünsiyyətcil olmaq;


2. İnsanlara mənfi xüsusiyyətlərini söyləməklə onları özündən narazı salmamaq;


3. Davamlı öyrənmək və tətbiq etmək;


4. Ənənələrdən uzaq gəzərək, yenilik axtarışında olmaq;


5. İnsan psixologiyasını yaxşı bilmək və özünü alıcının yerində görə bilmə bacarığı;


6. Enerjimizi və maliyyəmizi düzgün bölə bilmək;


7. Bir məsələyə kreativ və fərqli yöndən baxa bilmək bacarığı;


8. Hər başımıza gələn hadisəni özümüzə dərt etməmək və məsələyə optimist yanaşa bilmək;


9. Bizim pul üçün yox, pulun bizim üçün işləyəcəyi mexanizmi öyrənmək;


10. Maliyyə azadlığının insan həyatında önəm böyüklüyü.


Kateqoriya olaraq bölsəm, satış - marketinq- maliyyəni idarə etmək və startup mövzuları yaranacaq.


Ən yaxşılarını soruşsalar, deyəcəyim 5 inkişaf və motivasiya kitabı aşağıdakılardır:


1. R.T.Kiyosaki-Varlı Ata, Kasıb Ata


2. B.Tracy-Məqsədlər


3. N.Hill-Düşün və varlan


4. R.Dobelli-Məntiqli düşünmə sənəti


5. R.Koch- 80/20 prinsipi


Satış bacarıqlarının artırılmasında Breyn Treysinin kitablarının böyük önəmi vardır. Biznes və startup yönümlü düşüncələrimizi daha da inkişaf etdirmək üçün birinci və üçüncü qeyd etdiyim kitabların önəmi böyükdür.


Əgər gələcəkdə daha böyük dəyər qazanacaq sahələri kəşf edəcək kitablar axtarırıqsa, öncə sahələri analiz edib dəqiqləşdirməliyik.


Fikrimcə, gələcəkdə daha da inkişaf edib, həyatımızda önəmli yer tutacaq sahələrin ön sıralarında birinci - Data Menecmenti gəlir.


Bu sahə, IT bağlılığı və bir çox üstünlüklərilə Menecment bölümlərində ən çox bəyənilən bir sıraya belə gəlib çıxa bilər. Bu bölüm internet üzərində yetərincə məlumat əldə edə bilərik. Və gələcəkdə sırf bu sahə üzrə mağazalarda yetəri qədər kitab əldə edə biləcəyik.


İkinci - İnvestisiya, səhm alış-satışı üzrə ixtisaslaşan insanların və şirkətlərin indikindən daha çox gəlir əldə edəcəyindən şübhəm yoxdur.


Xüsusən də kriptovalyuta mütəxəssislərinə daha çox üstünlük veriləcək.


Və Marketinqə yeni bir qol gətirəcək insanlar daha çox gəlir əldə edə bilərlər. Bunun üçün yeni metodları araşdırmaq yardımçı ola bilər. Texnologiya ilə marketinqə bağlı daha yeni bir strategiya yaratmaq olar.


Yerli marketinq kitablarından - “Bu günün marketinqi” və “Marketinq araşdırmaları bələdçisi” kitablarını tövsiyə edərdim.