Süd məhsulları markası “Çudo” öz marka kimliyini əhəmiyyətli dərəcədə dəyişmək qərarına gəlib. Layihə müəlliflərinin sözlərinə görə, yeni kimliyin yaradılmasında məqsəd zamanla “ayaqlaşmaq” və istehlakçılar üçün maraqlı qalmağa davam etmək olub.


Facemark.az xəbər verir ki, dizayn Pepsi.Co-nun daxili dizayn mərkəzi tərəfindən reallaşdırılıb. Komanda qarşısında bir sıra vacib tapşırıqlar dururdu.


Belə ki, artıq brendin ayrılmaz bir hissəsinə çevrilən qırmızı rəng səbəbindən davamlılığı qorumaq, digər bir yandan isə edilən dəyişiklərin gözəçarpan olması idi. Yaradıcılara görə, Çudo markasının qarşısında vacib missiya dayanırdı- ailəni üzvlərini bir araya gətirmək, “ləzzət dolu” ailə anları yaratmaq və s. Axı hər kəs özünün böyük, birləşmiş Çudo komandasının bir hissəsi hesab edir. Ona görə də, yeni dizayn olunmuş loqotipdə sevgi əlaməti olan ürək yer alır.


Eyni zamanda,hər kəsə tanış olan “Mənim sevimli Çudom” sloqanını görmək olar. Əvvəlki loqotip yalnız qırmızı fon üzərində əks edilmişdi. Dəyişiklikdən sonra loqo-blok bağlandı və bu da onu daha universal hala gətirdi. İndi onu istənilən mühitdə, eləcə də qablaşdırmadan kənarda da istifadə etmək olar. Miqyası böyük olan flaqmanı daha uğurlu həyata keçirmək üçün kompaniya brendinq agentliyi olan Uprise agentliyi ilə əməkdaşlığa başlayıb. Pepsi.Co-nun dizayn mərkəzində hazırlanmış bütün fud-lar onların köməyi ilə çəkilib.


Yeni dizayn ilə bağlı aparılan sorğu isə göstərib ki, potensial müştərilər köhnədən daha çox, yeni dizaynı bəyəniblər.