Son günlərin top trendi məhz koronavirus xəstəliyidir desək yanılmarıq. Bütün dünya, hətta sivilizasiyadan tamamilə uzaq Afrika ölkələrində belə insanlar bu virus barədə ciddi danışırlar.


Virusun hər hansı sağlamlıqla əlaqəsi barədə yox məhz iqtisad tərəflərinə vurduğu ziyan barəsində danışacayıq. Ötən yazımızda bununla bağlı müəyyən tezislər səsləndirmişdik, lakin bu dəfə diqqətə alınmalı məqamlar barədə yazacağam.


Koronavirus bildiyimiz kimi, həm insanların gündəlik həyatına, dövlətlərin iqtisadiyyatına, siyasi məsələlərə çox ciddi təsirini göstərir və göstərməkdədir. İqtisadçıların bəziləri bunu 2008-ci il iqtisadi böhranı ilə qarşılaşdırır, lakin nəzərə almaq lazımdır ki, bu dəfə baş verən böhran maliyyə böhranı deyil. 2008-ci il böhranı bankların müflis olması ilə başladısa və əsasən maliyyə sektorunda problemlərə yol açdısa, indiki vəziyyətdə olan böhran sırf insanlar arasında durğunluğun yaşanması ilə baş verir. Bunun isə özü özlüyündə fəsadları çoxdur.


İnkişaf etmiş dövlətlərin hal-hazırda vəziyyətlərini analiz etsək görərik ki, çoxlu sayda təşviq paketləri tətbiq edirlər. Obrazlı desək göydən dollarları səpələyirlər ki, iqtisadiyyat öz dayağını itirməsin.


Bunu isə bir çox alətlərlə edirlər. Bu qiymətli kağızlar vasitəsi ilə, hərraclarla və s. maliyyə alətləri ilə tətbiq edirlər. Burda isə bir nüansı nəzərə almalıyıq. Əgər əvvəlki dövrlərdə misal üçün dollar böhranı, maliyyə böhranı var idisə bunu bir yolla həll etmək mümkün idi. Lakin indiki dövrdə insanlar evlərinə çəkilib (Son statistikaya, əsasən dünya əhalinin az qala yarısı-3 milyard özünü evlərdə izolyasiya edir) turizm sektoru çöküb, xidmət və restoran sektoru dizini obrazlı desək yerə qoyub, insanların fəaliyyəti dayanıb, zavodlar bağlanır, dövlətlər sərhədləri bağlayır. Bu isə iqtisadiyyatları özü-özlüyündə iflic vəziyyətə gətirir. Bu tezisləri nəzərə alsaq hələ onu deyə bilərik ki, dünya iqtisadiyyatı virus tam bitdikdən sonra belə hələ özünə gəlməyəcək. Yəni ki:


1) Turizm sektoru birdən-birə canlanmayacaq.


2) İzolyasiya tədbirləri birdən-birə yumşalmayacaq.


3) İnsanların fəaliyyəti anidən artmayacaq.


4) Sahibkarlar güclü şəkildə fəaliyyətə başlaya bilməyəcək.


5) Maliyyə sektoru öz gücünü əvvəlki qədər qaytara bilməyəcək (yeni proses xeyli zaman alacaq)


Lakin böhran, həmçinin yeni fürsətlər gətirəcək:


1) Onlayn prosesə keçid sürətlənəcək.


2) Dünya üzrə dijital sferaya keçid sürətlənəcək.


3) İş yerləri standart ofis deyil də distant iş rejiminə keçid ilə bağlı qərarlar verəcək. Burda, həmçinin bir tesizdə var ki, növbəti belə epidemiya olarsa biznes proseslərin daha sürətli davam etməsi üçün zəruri baza olacaq.


4) Dünya səhiyyəsi artıq mövcud problemləri görəcək və gələcəkdə belə geniş epidemiya olarsa daha adekvat addımlar atacaq.


5) Ənənəvi mall-lar, ticarət mərkəzləri tarixə qərq olacaq, artıq hərkəs sevdiyi paltarını və s. onlayn almağa üstünlük verəcək.


6) Nağd pul dövriyyəsi ciddi aşağı düşəcək, dijital və elektron şəkildə qeyri-nağd ödəmələr sürətlə artacaq.


1929-cu ildə baş vermiş böhranla bəzi məqamları müqayisə etsək görərik ki, o dövrdə məhz normadan artıq istehsal səbəbi ilə tələbin aşağı düşməsi, təklifin artması böhrana gətirib çıxardı. Müqayisə etsək görərik ki, Çin virus yayılsa belə bundan az itkilərlə və daha sürətli şəkildə çıxdı. Artıq karantin rejimi ləğv etmək üzrədir, insanlar izolasiyadan çıxır. Ancaq bir məqam var ki, əsas tərəfdaşları virusla mübarizə aparır. Belə olan halda Çin tutalım ki, zavodları ilə kütləvi istehsallar etdi, həmin məhsulları alan kim olacacaq?


Dünyada hazırda böyük iqtisadi, siyasi reformalar həyata keçir. Biz insanlar olaraq da bu reformalara hazır olmalıyıq. Keçmiş artıq keçmişdə qaldı. Artıq yeni dövrdü.


Böhran da özü özlüyündə Azərbaycan əhalisinə yeni terminlər gətirdi. Artıq SOVET hökuməti vaxtı, dolların 78 vaxtı yox koronovirus vaxtı deyiləcək. Uğurlar!


İlkin Mirzəzadə, bloqqer