“Apple” şirkətinin birinci vitse-prezidenti, “Apple Store” mağazalar şəbəkəsinin yaradıcısı Ron Conson korporasiyanı tərk edib.

“The Dallas Morning News”a istinadən xəbərinə görə, R.Conson bundan sonra “JC Penney” mağazalar şəbəkəsinə başçılıq edəcək.

R.Conson noyabrın 1-dən “Apple”i tərk edəcəyini və “JC Penney” mağazalar şəbəkəsinə başçılıq edəcəyini hələ iyun ayında açıqlayıb. Onun “Apple”dəki yerini kimin tutacağı hələ bəlli deyil.

Qeyd edək ki, R.Conson “Apple”də 11 il çalışıb. “Apple Store”nin dünyada ilk mağazası 2001-ci ildə ABŞ-da, Avropada ilk mağazası isə 2004-cü ildə Londonda açılıb. Bu ilin əvvəlinədək bütün dünya üzrə “Apple Store”nin 300-dən çox mağazası fəaliyyət göstərib.