Biz biznesi necə görürük?
Əlbəttə ki, böyük pul qazanmaq, varlı olmaq, əla yaşamaq və s. Lakin dərinliklərə getdikcə həqiqətən belədirmi? Əlbəttə ki, yox. Bəli düzgün qurulmuş sistemləri olan bir biznes sizə milyonlar qazandıra bilər, lakin bunun üçün də ciddi əziyyət və əmək verməlisiniz.
Əvvəlcə onu bilməliyik ki, hər bir pul qazanan şəxs heç də biznesi var, demək düz deyildir. Sual: Müstəqil taksi sürücüsü biznes işlədən sayılırmı? Bəs müstəqil tort bişirərək satan şəxs?
Əgər bu şəxslərə biznes işlədən şəxs bilirsənsə, deməli dostum biznes haqqında öyrənməli olduğun məsələlər həddindən artıq çoxdur.
Gəlin aşağıdakı sturuktur ilə bunu daha da detallı izah edim:
Employye- İşçi
|
Businessmen- Biznesmen |
Self-employement- Özü qazanan (taksi, tort bişirən və s) Müsbət: Özü müstəqil qazanaraq qazancını təmin edə bilər
|
İnvestor- İnvestor |
Gördüyümüz sxemi başa düşdükdən sonra məncə biznes barədə ən azı müəyyən ilkin anlayışlarımız olacaq. Biznes idarə etmək asan deyildir. Gəlir və xərcləri idarə etmək, vergi, kommunal, maaş və ödənişləri həyata keçirmək ciddi ağıl tələb edir. Biznesin qazandığı 20 min AZN gəlir heç də mənfəət deyil. Əgər sən bu puldan götürsən, sənin biznesinin sturukturu çökə bilər.
Davamı olacaq..
İlkin Mirzəzadə, blogger