Holdinq qara çay satışlarının azalması fonunda, bu seqment üzrə inkişaf strategiyasına yenidən baxa bilər.


Unilever şirkəti özünün çay biznesinin satışına baxır – bura Lipton, Brooke Bond və başqaları daxildir.


Facemark.az xəbər verir ki, bu haqda The Wall Street Journal yazır.


Bildirilir ki, şirkət bu seqmentdə maliyyə göstəricilərinin pisləşməsi fonunda bu addımı ata bilər. Son bir neçə ildə qara çay satışları azalmaqdadır. Buna səbəb isə istehlakçı vərdişlərinin dəyişməsi və oların daha çox bitki, yaşıl çay və qəhvəyə üstünlük verməsidir.


Bildirilir ki, Unilever bu vəziyyəti dəyişməyə çalışırdı, belə ki, öz portfelini Pukka, Tazo və T2 ilə doldurur, ancaq nəticələrdə yaxşılaşma baş vermir.


“Premium seqmentin inkişaf etdirilməsi üzrə bütün bizim səylərimiz öz nəticəsini vermədi”,- deyə şirkətin maliyyə direktoru Qrem Pitketli nəşrə deyib.


Qara çay satışlarının azalması fonunda şirkət inkişaf strategiyasına yenidən baxa bilər. Məsələn, ola bilsin ki, kompaniya bu seqmentdən tamamilə çəkilsin, ya da brendlərin bəzilərini satışa çıxarsın.


Xatırlatmaq yerinə düşər ki, Unilever 1000-dən çox ticarət markasını idarə edir. Bura ərzaq malları, məişət kimyası və parfümeriya daxildir. Məsələn, onun brendlər paketinə daxil olan bəzi markaların adları belədir — Knorr, Calve, Domestos, Rexona, AXE, Dove və başqaları.