İdman mallarının pərakəndə şirkəti, Rusiya Olimpiya Komitəsinin rəsmi geyim tədarükçüsü “ZASPORT” 2018-ci ildə Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək 2018 Qış Olimpiya Oyunlarında iştirak edəcək rus idmançılarının geyim formalarının eskizini təqdim edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, MOK-un (Beynəlxalq Olimpiya Komitəsi) qaydalarına görə, idmançıların geyimlərində Rusiya Federasiyasının bayraq, gerbindən istifadə edilə bilməz.


Kolleksiyanın əsas rəngləri isə, boz, ağ və qırmızıdır. Təlim kostyumları, futbolka, gödəkçələrin üzərinə isə OAR- “Olympic Athlete from Russia” loqosu vurulub.


“Rusiya atletlər komandası yanvarın 22-də Olimpiya Oyunlarının keçirildiyi Pxenyan şəhərində olmalıdırlar. Oyunlar fevralın 7-dək davam edəcək. “ZASPORT”un təchizat mağazası isə Nova Arbatdakı mağazanın 2-ci mərtəbəsində yerləşəcək”, - deyə şirkətin açıqlamasında deyilir.


Xatırladaq ki, MOK-un 2017-ci il 5 dekabr tarixli qərarına görə, rus vətəndaşlarına rus bayrağı adı altında 2018 Qış Olimpiyada Oyunlarında iştirak etməyi qadağan edib. Yalnız bəzi idmançılara “Rusiyanın Olimpiya Atlet”ləri statusu altında yarışlarda iştirakına icazə verilmişdir.


Qeyd edək ki, Pxenyan şəhərində keçiriləcək 2018 Qış Olimpiya Oyunları fevralın 9-dan start götürəcək. Fevralın 25-dək davam edəcək.