Şimali Amerika Detroit avtosalonunda rəqəmsal avtomobil nömrələrinin tətbiqi üzrə pilot layihəsinə start verilib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Automarketing” yazır.


2018-ci ildə 100 min belə nömrəni satmağı planlaşdırılır. Birinci distribyutor isə “Galpin Ford” şirkəti olacaq.


Elektron “RPlate Pro” nömrələrini “Reviver Auto” hazırlayıb. Belə nömrələr birinci satışa daxil olacaq Kaliforniya ştatından başlayacaq. Daha sonra isə Arizona, Texas, Florida ştatında da bu layihənin inkişaf etdirilməsi və satışlara başlanılması planlaşdırılır.



Avtomobillər üçün rəqəmsal nişanlar ümumi sistem vasitəsilə idarə ediləcək. Qeydiyyat və başqa əhəmiyyətli, operativ dəyişiklikləri edəcək. Avtoparkinq və sürücülərə mesajların ötürülməsinə kömək olacaq.


Avtomobil hərəkətdə olan zaman nömrə görünəcək. Amma dayanan zaman isə displeydə reklamlar və s. informasiyalar göstəriləcək.


ABŞ-da avtomobil nömrələrinin dizayn və prinsipi 1908-ci ilə qədər (Henry Forda kimi) dəyişməyib.