ABŞ-ın “3 M” şirkəti “Futuro”nun loqosu üçün Formula 1, həmçinin F1-i (rəsmi adı ing. FIA Formula One World Championship) bu ölkənin ticarimarka oxşarlığına görə rəsmi orqanlarına ərizə ilə müraciət edib.


Facemark.az xəbər verir ki, “Design Taxi” yazır ki, 23 illik loqosunu dəyişən F1 yeni loqosunu noyabr ayından istifadə edib. Amma “Futuro”nun loqosu isə il ərzində bütün qablaşdırılmış məhsulların üzərində yer alıb.



“Design Taxi” qeyd edir ki, məhz bu nüans F1 üçün sözün əsil mənasında problem olacaq.


Sayt yazır ki, ən maraqlısı odur ki, yeni loqo “Nike” da daxil olmaqla bir çox böyük markalarla işləyən “Wieden+Kennedy” reklam agentliyi tərəfindən ərsəyə gətirilib. Böyük bir reklam agentliyinin bu nüansı gözdən qaçırması təəccüblü görünür.


“3 M” şirkətinin rəsmisi isə məsələ ilə bağlı belə bir açıqlama edib: “3 M, 20 fevral, 2017-ci il tarixində “Futuro” loqosu üçün ABŞ ticari marka ərizəsi ilə müraciət edib. Həmçinin, qarşı tərəf ilə məsələyə dair müzakirəmiz olmayıb. Bu məsələ haqqında düşünürük”, - deyiblər.


Mütəxəssislər isə deyir ki, “3 M” şirkəti F1-dən hələ uzun müddətdir ki, bu loqodan istifadə edir, üstəgəl də ticari marka ərizəsi ilə F1-dən daha tez müraciət edib. Bu isə “3 M” üçün bu mübarizədə əlavə üstünlük deməkdir. Hələlik isə məsələnin nə ilə nəticələnəcəyi bilinmir. Necə deyərlər yaşayarıq görərik.


Xatırladaq ki, “Google Chrome” axtarış sistemində “Futuro”nun loqosu olan şəkili qoyduqda F1 ilə bağlı yazılar əldə edilir. Görünür, bu məsələ “Google Chrome”un da başını qarışdırıb.



Qeyd edək ki, F1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. “3 M” şirkətinə daxil olan “Futuro” isə sağlamlıq üçün əlavə dəstək məhsulları istehsal edir.