“Fokuslanmaq və bəsistlik mənim üçün vacibdir. Bəsit olan qarışıq olandan daha çətin ola bilər. Bəsitliyə çatmaq üçün fikirlərinizi təmizləməyi bacarmalısınız.


Bunun üçün isə çox çalışmaq labüddür. Ancaq tamamilə buna dəyər. Çünki, nəticədə bunu bir dəfə də olsa etsəniz, qarşınızda heç bir əngəl qalmayacaq”.


Stiv Cobs


.......


Stiv Cobsun təməlini qoyduğu “Apple” şirkəti Cupertinodakı kiçik ofisindən dünyanın ən mənfəət əldə edən şirkət olmasında dizayn, texnologiya, şəxsiləşdirməyə verdikləri önəmin rolu böyükdür. Ancaq, yaradıldıqları gündən bu günə kimi onlar heç vaxt üstündən keçmədikləri bir məsələ var idi. Sadəlik. Məhz ona görə, yazıya yuxarıdakı fikir ilə başlamaq istədim.


Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, “WeTransfer”in qurucusu, Niderlandın populyar blogger və sahibkarı Ronald Hansdır. Ancaq o özünü daha çox Nalden deyə təqdim edir. Mənası isə digital yerli deməkdir.


“WeTransfer”in yaranma hekayəsi


2008-ci ildə Naldenin atası özünə bir cüt çəkmə alır. Onu o vaxt 24 yaşı olan oğlu ilə paylaşmaq istəyir. Ancaq ortada bir problem var. Fotoların ölçüsü 6 megabaytdır. Həmin illər üçün isə bu böyük ölçü hesab olunurdu.


Atası veb saytından istifadə etmək istəyir, ancaq həmin saytlarda o qədər reklam qarşısına çıxır ki, o həmin saytlardan da göndərmə edə bilmir. Nalden başa düşür ki, bu sektorda son sayt var, amma heç biri son müştərini düşünmür. Müştəri daha çox vaxt itirməli olur. Çünki, daxil olduğu saytlarda Pop-Uplar, sağ və solda olan bannerlər, istifadəçilərin fikirlərini yayındıran mesajlar yer alır.



Buna görə də, o heç bir reklamın olmadığı, bəsit bir model üzərində sayt yaradır. Saytı ilk dəfə görənlər düşünür ki, bu masaüstü kompüter üçün arxa fon şəklidir. Nalden, sayta daxil olan istifadəçiyə qısa müddət ərzində dosya halında fayl göndərməsinə imkan yaradır.


Çox bəsit bir ideya əsasında yaranan “WeTransfer” çox sürətlə inkişaf etməyə başlayır. Nəticədə, 2017-ci ildə onun aktiv istifadəçilərinin sayı 40 milyon nəfərə çatır. Sayt üzərində 100 milyondan çox fayl “send-receive” edilir. Bu gün sayt dünyada ən çox daxil olunan 1000 saytdan biridir. Sadəcə fayl göndərmək üçün yaradılan saytın belə rəqəmlərə çatması inanılmazdır elə deyil?



Qısası, bu gün yeni ideyanın uğur qazanması üçün sadəlik ana fikir olmalıdır. Yaradılan istənilən məhsul 6 yaşında uşağın da başa düşə biləcəyi sadəlikdə hazırlanmalıdır.


Qeyd edək ki, “WeTransfer” fayllarınızı dünyanın istənilən nöqtəsində yaşayan insanlara göndərmək üçün ən sadə yollardan biridir. Hər ay 195 ölkədə istifadəçilər platforma vasitəsilə bir milyard fayl göndərirlər. Şirkət 2009-cu ildə yaradılıb. Komanda isə Nideland və ABŞ-da faəliyyət göstərir.