Bayramlar marketoloqların ən sevdiyi vaxtlardan biridir. İstehlakçını razı salmaq üçün markalar yeni məhsullar hazırlayır və yaradıcı reklam kampaniyaları yaradırlar.


Ən azından şokolad markaları üçün potensial alıcını təəccübləndirməyin ən yaxın səbəbi bütün dünyada qeyd ediləcək 14 Fevral Valentin (Sevgililər) Günüdür.


Bayramı bütün sevənlərə “şirinləşdirmək” üçün “Nestle” ən son qənnadı yeniləmələrinə müraciət etmək qərarına gəlib. “Ruby” şokoladı “Barry Callebaut” komandasının belçikalı şirniyyatçıları tərəfindən hazırlanıb.



Bloomberg yazır ki, “Nestle” “Barry Callebaut” ilə müqavilə imzalayıb. Müqaviləyə görə, “Nestle” 6 ay ərzində onların qənnadı məhsullarında yeni növün istifadəsi üçün eksküliziv hüquq alacaq.


Yenilik Yaponiya və Cənubi Koreya bazarına bayram vaxtı daxil ediləcək. Amma “baton” şokoladların yeni dad ilə harmoniyasını dadmaq üçün onlayn satışlar bu həftə artıq başlayacaq.


Maraqlıdır ki, Yaponlar “Kit-Kat”ın qeyri-standardda olan ləzətlərin artıq dadına (qovun, “vasabi”) baxıblar. Amma Asiya istehlakçıları “Nestle”nin bu yeniliyini səbirsizliklə gözləyir.


“Yaponiya – “Kit-Kat”ı fərqli ləzzətlərlə qəbul edən bazardır. Bu isə yeniliyi bu ölkədə təşviq etmək üçün ideal məkan halına gətirir. Kit-Kat minlərlə insan tərəfindən sevilən müasir markadır”, - deyə Nestlinin şirniyyat sektorunun rəhbəri Sandra Martinez bildirib.