“YouTube” platforması reklamlar ilə bağlı ciddi dəyişikliyə getdi.


Facemark.az xəbər verir ki, yeni dəyişikliyə görə, yanvarın 17-dən etibarən yeni “YouTube Partner Program”ına daxil olan kanalların reklam ala bilməsi üçün 1000 abunəyə və 12 ay içərisində 4 min saat baxış saatına sahib olmalıdırlar.


Həmçinin, yeni qaydalara görə, kanalda reklam göstərilməsi üçün “YouTuber”ın təkcə kanalına baxış sayı deyil, yaratdığı kontent və istifadəçiləri ilə olan bağlılığı da nəzərə alınacaq.


Qeyd edək ki, daha öncə kanalın “YouTube Partner” Proqramına daxil olması üçün ümumilikdə 10 min baxış sayına çatması lazım idi.


Xatırladaq ki, son günlərə qədər “YouTube” platforması iri reklamverənlər ilə “başı dərddə” idi. Belə ki, reklamverən şirkətlər öz reklamlarını uyğunsuz kontentlərin yanında görürdülər. Bu isə haqlı olaraq reklamverənlərin “YouTube”dan reklamlarını geri çəkməsinə səbəb olmuşdu.