Geridə qoyduğumuz 2017-ci ilin 15 oktyabr-15 dekabr tarixlərində Advert/MEC Azerbaijan reklam agentliyi və dadı ilə hər kəs tərəfindən sevilən "Meçta xozyayki" brendi birgə "Uğurlu ev" layihəsini uğurla həyata keçirmişdir. Sevinclə qarşılanan "Uğurlu ev" ani stimullaşdırıcı lotereyası artıq ikinci dəfədir ki, Yeni il qabağı Bakı və Sumqayıt sakinlərini sevindirir.


Layihəyə əsasən 15 oktyabr-15 dekabr tarixlərində "Meçta xozyayki" çəkiliş qrupu Bakının 12 inzibatı rayonu və Sumqayıt şəhərinin 6 mikrorayonunda təsadüfi seçilmiş mənzillərə qonaq gəlir və o an mənzilində lotereyaya uyğun böyük qablaşdırmalı "Meçta xozyayki" mayonezi olan ev sahiblərinə 50 Azn hədiyyə edir.

İkinci dəfə reallaşan layihə bir daha Azərbaycan əhalisinin "Meçta xozyayki" brendinə olan münasibətini, döyülən bir çox mənzildə aşkarlanmağı ilə sübüta yetirmişdir. Belə ki, hər kəs bu mayonezin dadindan razi olduğunu və böyük məmnuniyyətlə istifadə etdiyini sevincli anlarında çəkiliş qrupuna bildirmişdir.

Layihə boyunca aktiv olan "Meçta xozyayki" Facebook və İnstagram səhifələrində brendin və layihənin insanlar tərəfindən həqiqətən sevildiyi və marağa sahib olduğunu bir daha təsdiqlənmişdir. TV və sosial şəbəkələrdə yerləşdirilən reportajlar sayəsində isə qaliblərin təəccüb və sevinc hisslərini insanlara canlı olaraq izləmək imkanı yaradılmışdır.

Brendin sloqani olan "Zəmanətli, dadlı nəticə" kəlməsi doğruluğunu ispat etdi və çox keyfiyyətli məhsul olduğu üçün, layihənin rahatlıqla rellaşması üçün təməl oldu. Belə ki, mənzilində bu mayonez olan hər bir sakinin rəyinə əsasən bu mayonez adi yeməklərə belə xüsusi dad qatır və bir çox yeməklərin hazırlanmasında əvəzolunmaz əlavə sayılır.

İnsanlara sevinc hissi bəxş edən bu kimi layihələrin çox olma ümidilə...
Qaliblərərin Xəzər Xəbər -də yayımlanan 12 video reportajı "Uğurlu Ev" Facebook səhifəsində, bütün qaliblərin (120 qalib) sevincli videolarını isə "Uğurlu Ev-Youtube" kanalında izləyə bilərsiniz