Facemark.az-ın “GetnSmile.com” layihəsinin təsisçisi Fuad Ağayev ilə olan müsahibəsi:


- Fuad bəy, müşahidələrimə görə, bir neçə həftədir sosial media istifadəçiləri “GetnSmile” layihəsindən danışır. “GetnSmile” nədir və nə üçün yaradılıb?


- “Getnsmile” hər ölkənin öz istehsalı olan məhsulunu rahatlıqla Amerika bazarına məhsul satmaq fürsəti verən onlayn bazardır. Məqsəd isə, bu bazarda çox da bilinməyən məhsulları onlara tanıtmaq, həm satış, həm də alışı həyata keçirən bizneslərə dəstək olmaqdır.


- Layihə hansı bazar üçün nəzərdə tutulub?


Layihənin satış hissəsi Amerika (ABŞ və Kanada) üçün nəzərdə tutulub hansı ki kifayət qədər böyük bir bazardır. Satıcılar isə ilk aylar Azərbaycan, Türkiyə, Rusiya kimi ölkələrdən olacaqdır.



- “GetnSmile.com”da Azərbaycan vətəndaşları “Made in Azerbaijan” məhsullarını sata biləcək?


Təbii, bizim, şəxsən mənim və komandanin istəyi “Made in Azerbaijan” məhsulunu Amerikada tanıtmaq və istehsalçılara yaxşı müştərilər tapmaqdır ki, bir gün Beynalxalq Azərbaycan brendləri yaransın. Amerika böyük bazardır və burada bunun üçün çox böyük şans var.


- Amerikaya nə satılacaq? Konkret hansı məhsullar?


Siz Amerikada rahatlıqla müxtəlif çeşidlərdə məhsullar sata bilərsiz. Amerika özündə çoxlu millətlər və mədəniyyətlər toplayıb ki, o da şans verir ki istənilən zövqdə məhsula müştəri çıxsın.



- Belə bir layihənin yaradılması hansı ehtiyacdan yaradılıb?


- Mənim dostlarım məni yaxından tanıyanlar bilirlər. 19 yaşımdan deyirdim ki, yalnız Azərbaycanda satmaq sanki bir-birimizdən oğurlamaqdır, biz dünyaya satmalıyıq. Məni tanıyanlar bilir ki “Getnsmile” birinci lahiyə deyil. 19 yaşımdan biznesə marağ göstərib və kiçik bizneslər açmışam.


- “GetnSmile”in nə qədər komanda üzvi var?


“Getnsmile” bir il boyunca bir üzvü olub. Sonra isə ideyanın həyata keçirilməsi üçün komanda yığılmağa başlanıb. Hazırda 9 nəfər olsaq da, bu rəqəmlər tez-tez dəyişir.


- ABŞ-da hansı bazarda bu gün boşluq var. Gənclər nə kimi məhsulları bu bazara sata bilərlər?


Mən belə məlumatlari tez-tez paylaşmağa calışıram. Boşluqlar çoxdur, hər şey var, amma heçnə də yoxdur. Amerika bazarı hər gün böyüyür və hər gün yeni-yeni ehtiyaclar yaranır. Amerika insanı hər şeyə pul xərcləyir (Pulları var) yetərki onun diqqətini çəkəsən.



- Layihə yalnız onlayn kanallar üzərində fəaliyyət göstərir?


Bəli, başlanğıc üçün istiqamətimiz ancaq bu yöndədir.


- Bu gün Amerika bazarında hansı xidmətlər çox bahalıdır? Gənclər hansı xidmətlərini bu bazarın vətəndaşlarına ucuza təklif edə bilərlər?


Məsələn, Amerikada əl işləri çox bahadır və gördüyüm qədərilə Azərbaycanda da bu sahəyə böyük maraq var.


- Gənclər öz məhsullarını satmaqla puldan başqa nə qazanacaq? Konkret hansı gəlirlərdən söhbət gedir?


İlk növbədə, onlar maddi cəhətdən həqiqi mənada çox varlana bilərlər. Digər tərəfdən isə, çox dəyərli yeni satış vərdişlərinə yiyələnə bilərlər. Çünki Amerika müştərisi heç nəyi ilə yerli bazarda olan müştəriyə oxşamır.


Onlar məhsul haqqında araşdırıb alır, ancaq brend, ad və ya görünüş üçün deyil. Məhsulun yaxşı olduğuna inandıqları üçün alırlar. Əlbəttə ki, bu onların brendingi, beynəlxalq bazarda tanınmaları üçün çox faydalı olacaq.



- Məhsulunu bu platformada yerləşdirmək üçün istifadəçilər hansı nüanslara fikir verməlidirlər?


Kifayət qədər dolğun məlumatlar yerləşdirsinlər. Məhsulların fotolarının keyfiyyətli və hərtərəfli olmasına diqqət yetirsinlər. Müştəridən sual gələrsə vaxtında və ətraflı məlumat versinlər.


Ülviyyə Əlizadə