Özünə və məhsullarına marağın yenilənməsi, yeni müştərilərin cəlb edilməsi, satışların artırılması məqsədi ilə yerli və xarici bazarda şirkətlərin rebrendinq etdiyinin şahidi oluruq. Rebrendinq dedikdə şirkətin dəyərlərinin, missiyasının, hədəf auditoriyasının və ümumi brend təcrübəsinin hərtərəfli yenidən qiymətləndirilməsi nəzərdə tutulur. Məqsəd bazarın inkişaf edən ehtiyaclarına uyğun gələn yeni və təkmilləşdirilmiş brend yaratmaqdır. Müştəriyönümlü mobil operator olan “Nar” da son günlərdə yenilənmiş brend konsepsiyasını təqdim edib. Brendin yeni yanaşmasının əsasında müştəriyönümlülük, sərfəlilik və əlçatanlıq prinsiplərini müştərilərə daha da yaxın etmək dayanır. Bu konsepsiya "Sənə ən yaxın" şüarını və canlı yeni rəng palitrasını təqdim edir. Yeni rəng çaları-yaşılın təravətləndirici tonu isə müsbət dəyişikliklər, şəffaflıq və əlçatanlığa sadiqliyi əks etdirir.


“Nar”ın Marketinq Departamentinin direktoru Denis Ksenofontovdan yeni konsepsiya haqqında aldığımız müsahibəni təqdim edirik.


- Yaxın günlərdə “Nar” "Sənə ən yaxın" adlı brend konsepsiyasını təqdim edib. Şirkət "Sənə ən yaxın" şüarını təqdim etməklə müştərilərə hansı mesajı ötürməyə çalışır, nələri ifadə edir?


- Təbii ki, ilk baxışda görünən sadəcə sloqan və rəng dəyişikliyidir. Lakin biz öz daxilimizdə buna sadəcə aysberqin görünən tərəfi deyirik. Bizim bütün işlərin mərkəzində hər zaman müştərilərimiz dayanır. Brendi yeniləməkdə əsas məqsədimiz müştəri məmnuniyyətini yeni səviyyəyə qaldırmaqdır. Yenilənmə layihəmiz bazarda ən əlçatan və sərfəli telekommunikasiya brendi olmağımız üzərinə qurulmuşdur və müştəri yönümlülük siyasətimizi əks etdirir.



- Düşünülür ki, sloqan bir şirkət üçün davamlı olaraq seçilir, bəs “Nar”ın şüarını dəyişməsinə hansı səbəblər təkan verdi?


- Bizim məhsul və xidmətlərimiz, KSM layihələrimiz, həmçinin hər bir abunəçimizə göstərdiyimiz individual yanaşmamız bizə bu sloqanı seçməyə təkan verdi. Qürur hissi ilə bildirmək istərdim ki, son 4 ildir, Müştəri Məmnuniyyəti sorğularında Nar (NPS) bazar lideridir. Bu da müştəriyönümlülük istiqamətində daha da böyük addımlar atmaq və abunəçilərimizə ən yaxşı xidməti təqdim etmək üçün bizə böyük stimul və motivasiya verir.


- Məlumdur ki, şirkətin uğurunu ad və sloqan təyin etmir. Brendin uğuru daha çox onun fəaliyyət konsepsiyasındadır. Amma ad və sloqan brendin özünə bazarda yer tutmasında, gedəcəyi yolu daha qısa müddətdə qət eləməsində əhəmiyyətli rol oynayır. Bu səbəbdən sizcə, yeni konsepsiya uğurlu ola biləcəkmi?


Yeni konsepsiya bizim mövcud fəlsəfəmizin, müştəriyönümlü siyasətimizin davamı olaraq təqdim edilir. Abunəçilərimizə verdiyimiz böyük dəyəri özündə birləşdirir. Bir fikrin əsasında abunəçi mərkəzli bir yanaşma varsa və bu istiqamətdə doğru işlər görülürsə uğur gəlməyə bilməz.


Bizim üçün uğur abunəçilərimizin razılığı və müsbət geridönüşləridir. Odur ki, onlara ən yaxın olaraq, bu istiqamətdə yeniliklər tətbiq etməyə davam edirik. Buna misal olaraq, Bakı Metropolitenində apardığımız şəbəkə-təkmilləşdirmə işlərini, müəyyən paketlərə tətbiq etdiyimiz endirimləri, müştəri təcrübəsinin inkişafı üçün gördüyümüz tədbirləri (Çağrı Mərkəzinə edilən zənglərin ödənişsiz olmasını) və s. göstərə bilərik.


- Azərbaycanın telekommunikasiya bazarı haqqında düşüncələrinizi öyrənmək istərdik. Həmçinin, “Nar”ın yerli bazardakı mövqeyini necə dəyərləndirirsiniz? Digər mobil operatorlardan hansı amillərə görə fərqlənir?


- Azərbaycanda telekommunikasiya bazarı infrastruktur, texnologiya və xidmətlər baxımından son illərdə sürətli yüksəliş nümayiş etdirir. Bu yüksəlişə, təbii ki, bazar rəqabəti faktoru xüsusi təsir edir. Belə bir dinamik mühitdə isə şirkətlər xidmətlərini yüksəldir, abunəçilər isə keyfiyyətli xidmətlərdən yararlanır. “Nar” abunəçilərinin ehtiyaclarına ən uyğun təkliflərlə cavab verən şirkətdir. Brendimizin missiya və strategiyası əsasıda apardığımız işlər nəticəsində abunəçilərə ən yaxın olmaqla fərqlənirik və bununla da qüruq duyuruq.


- Bildiyimiz kimi, “Nar” Qarabağın və Şərqi Zəngəzurun bir çox yaşayış məskənlərini baza stansiyaları ilə artıq təmin edib. Qarşıda hansı ərazilərdə baza stansiyalarının qurulması planlaşdırılır?


  • edilmiş ərazilərə xüsusi diqqət ayırmağı şirkət olaraq özümüzə borc bilirik. Azərbaycanın azad edilmiş ərazilərinin sürətli dirçəlişinə öz töhfəsini vermək məqsədilə “Nar” geniş mobil şəbəkəsi ilə Qarabağı əhatə edib. Biz qısa bir zamanda, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə kimi yaşayış məntəqələrini mobil şəbəkə ilə təmin etmişik. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərində “Nar” şəbəkəsi abunəçilərə təqdim edilib.


- Süni intellekt və bu kimi amillərə görə bəzi xidmətlərdə insan faktorunun tədricən azalacağı təxmin edilir. Sizcə, yeni nəsil kommunikasiya texnologiyaları bu prosesdə hansı rola sahib olacaqlar?


  • Süni intellekt və avtomatlaşdırmanın artan roluna baxmayaraq, xidmətlə bağlı bir çox sahələrdə insan amili vacib olaraq qalır. Texnologiya prosesləri sadələşdirə və sürətləndirə bilsə də, insan toxunuşu, empatiyası və mürəkkəb qərar qəbulu robotların təkrarlaya bilməyəcəyi cəhətlərdir. Beləliklə, abunəçilərə ən yaxşı xidmət və təcrübəni təklif etmək üçün ideal ssenari odur ki, biz qabaqcıl kommunikasiya texnologiyalarının imkanları ilə insan təcrübəsini birləşdirək. Xidmətlərimizi inkişaf etdirmək üçün yeni nəsil kommunikasiya texnologiyaları və süni intellektin imkanlarından yararlanaraq, Müştəri Təcrübəsi və 7/24 əl çatanlıq kimi önəmli sahələrə tətbiq etməyi hədəfləyirik.