digimark » YouTube haqqında qeydlər
Tarix : 2017-06-25 13:59:00 | Baxılıb : 682
Font Ölçüsü:   |  

Video paylaşma platforması YouTube, istifadəçilərinə izləyici olmanın yanında öz kanallarını aça bilmə fürsəti yaradır. Öz kanalını açan istifadəçilər, izlənmə sayısına görə ödəniş alıb, son dövrün məşhur peşəsi "Youtuber" olma yolunda irəliləyir.

1. İstədiyiniz məlumat və ya şəxsi necə tapacaqsınız?

YouTube axtarış hissəsinə izləmək istədiyiniz videonun adını düz yazdığınız halda, qarşınıza çıxan nəticələrdə doğru olacaq. Bu nöqtədə yazılar olduqca əhəmiyyətlidir. Məzmun istehsalçıları hər yüklədikləri videoda yazıları əlavə edir və siz hashtag simvolu (#) istifadə edərək sözü axtardığınızda istədiyiniz hər kanala daha asan şəkildə çata bilirsiniz.

2. Sinema rejimini necə istifadə edəcəksiniz?

Videoları sinema rejimində izləmək üçün tək etməniz lazım olan videonun sağ alt küncündə olan içi boş düzbucaqlı düyməsinə basmaqdır.

3. YouTube, hər keçən gün böyüyür və özünü inkişaf etdirir. Siz də bu yenilikləri əvvəldən test etmək və rəy bildirmək istəyirsinizsə https://www.youtube.com/testtube linkinə daxil olun.

4. YouTube videosundakı bir səhnəni gif halına necə gətirə bilərsiniz?

Son dövrlərin trendi olan gif videolarını, YouTube üzərindən etmək zənn edildiyinin əksinə olduqca sadədir. İzlədiyiniz videonun gif etmək istədiyiniz səhnəsində videonu dayandırın və linkdəki youtube (https://www.youtube.com) sözünün önünə gif (https://gifs.com/) sözünü əlavə edin.

5. Videolar kompüterə necə qeyd edilir?

Kompüterinizə yükləmək istədiyiniz YouTube videosunun linkini, http://tr.savefrom.net ünvanında yerləşən qutuya yapışdırmaq kifayət olacaq.

Bu bölməyə aid digər xəbərlər.