Ordan-Burdan » Yenidən doğulmuş brendlər
Tarix : 2017-09-14 19:21:55 | Baxılıb : 131
Font Ölçüsü:   |  
Markaların həyatı eynilə insanlar kimi enişli-çıxışlıdır. Gözəl günlərin dərhal sonrasında maliyyə çöküşü və ya başqa səbəblərə görə çökən markaların bəziləri "möhtəşəm dönüş" hazırlıqlarına başlayır.
Xatırlayarsanız, Amerika Birləşmiş Ştatlarında olduqca geniş bir kütlə tərəfindən sevilərək istehlak edilən Chipotle adlı fast food şirkətinin məhsulları E.Coli bakteriyasının yayılmasının gətirdiyi qalmaqaldan sonra təkrar ayağa qalxmağa bacara bilmədi. Amma xeyr, bu yazının məqsədi pis şeylərdən bəhs etmək yerinə düşdüyü zaman ağıllıca qalxmağı bilənlərdən bəhs etməkdir! İndi sahələrə möhtəşəm bir şəkildə qayıdan markalara göz atacayıq.


Converse-Chuck İT

1917-də Converse ilk basketbol ayaqqabısı The All Star'ı istehsal etdi. Bu yüngül və önündə qoruyucu bir hissəsi olan ayaqqabının maketinq fəaliyyəti üçün basketbol oyunçusu Charles Holkis ("Chuck") Taylor ilə müqavilə bağladı və hamımızın bildiyi ikonik The Chuck Taylor adına qovuşdu. NBA-nın 1946-da quruluşu ilə liqdəki ən populyar ayaqqabı halına gələn Chuck Taylor 1980-lərin sonunda isə bazarda payının sadəcə 2,3% olduğunu açıqladı.

Converse'in rəqiblərindən biri olan Nike'ın 2003-də Converse'in satın almağı ilə Converse strategiyasını "köhnə stilinin" üzərində qurmağa başladı. İstehlakçının nostalji tendensiyasından faydalanmaq üzrə özəl Kurt Cobain və Ramones seriyalarını istehsal etmək üçün moda dizaynerləri ilə müqavilə bağladı.

Artıq modaya yönümlü olan Converse, 2017-də "Chuck 17" kampaniyası ilə ağ-qara şəkillər ilə Chuck Taylorın zəngin mədəniyyətini və tarixinə səyahətə çıxaraq markanı yenidən yaratdı.

LEGO

90-ların sonlarına yaxınlaşarkən LEGO-nun ağlında markanı yeni və innovativ məhsullar ilə irəliyə aparmaq fikri var idi. Nəzəridə gözəl görünən bu fikir təəssüf ki, real həyatda o qədər də parlaq nəticə göstərmədi. Köhnə stilindən imtina edən LEGO yeni orijinal və fəaliyyətə meyilli yeni fiqurları ilə bir canlanma xəyalı qururdu, ancaq bu böyük strateji dəyişmə LEGO-ya 2003-cü ildə təxminən 300 milyon dollar zərər verdi.

Şirkət bir il sonra 400 milyon dollar daha itirdi, kütləvi uşaqlar arasında hədəf olunan, istənilən rəğbəti görməyən bu yeni fiqurlar 2004-də başa Jorgen Vig Knudstorpun gəlməsi ilə uşaqların reallıqdan istədikləri LEGO seriyalarını istehsal etmək üçün məhsul dizaynerləri müqavilə bağladı.

2006-da LEGO İmagine ("Xəyal Qur") kampaniyası ilə klassik leqo parçaları ilə uşaqların xəyal gücü arasındakı bağlantıya toxundu. Cannes Lionsda mükafat alan bu kampaniya isə Legonun qeri qayıdışının nişanəsi oldu.

2015-ə gəldiyimizdə LEGO "indiyə qədər ən yaxşı illəri" olduğunu açıqladı. Şirkət 5,2 milyard hasilat əldə edərək dünyanın ən böyük ikinci oyuncaq şirkəti oldu.
Starbucks

Hər zaman bir qəhvədən daha çox olan və yaşam tərzi halına gəlmiş Starbucks 2000-ci illərin başında həm lokasiya, həm də məhsul çeşidliyi baxımından çılğın bir yayımla strategiya izl'yirdi. Bir qəhvə zənciri qurularkən Starbucksın sadiq müştəriləri də gün keçdikçə çoxalırdı, ancaq problem yavaş-yavaş ortaya çıxırdı və Starbucksın servis keyfiyyəti, bu sürətli böyümə içində sıxışıb qalmış müştərilərin gözlədiyini qarşılamamağa başlamışdı. Müştərilərinin gözündə civarlarda rahat və hüzurlu vaxt keçiriləbiləcək bir kafe olmaqdan çıxıb, hesabçı və soyuq görünməyə başlamışdı.

2008 maliyyə çöküşü ili oldu və Starbucks'ın hissə dəyəri yavaş-yavaş düşməyə başladı. Starbucks ilin sonuna qədər 900 mağazada bağlayaraq bir sıra tədbirlər görməyə təşəbbüs etdi. Bütün bu prosesdə Amerikan qəhvə istehlakçıları daha ucuz olan Mc Donalds Mc Coffee kimi alternativlərə yönlənmişdi. Yeni bir planla oyuna girməsi, lazım olan Starbucks xalqı Starbucks'a bir qəhvə üçün daha çox pul verməyə dəyər olduğuna inandırmaq üçün BBDO ilə bərabər "Coffee Value and Values" (Kofe Dəyəri və Dəyərləri) adlı Starbucksın tarixindəki ən böyük marketinq kampaniyası başlatdılar. "Əgər qəhvəniz mükəmməl deyilsə bir daha hazırlayarıq, yenə də mükəmməl deyilsə, ehtimalla Starbucksda deyilsiniz".

Bu nəhəng kampaniya fikirləri məhsulun keyfiyyətinə cəmlədi və 2014-də Starbucks illik hasilatını 16 milyard dollar olduğunu açıqladı.

Bəzən problemlərə fərqli gözlərdən baxmaq lazımdır. Hədəf kütləni yaxşı tanımalı və onlara gerçək bir təcrübə söz verməlisiniz.
Sizcə də təsir edici deyilmi?
Mənbə: pazarlamasyon

Bu bölməyə aid digər xəbərlər.