Ordan-Burdan » WhatsApp müəssisələr üçün yeni tətbiqlər hazırlayır
Tarix : 2017-09-07 19:14:30 | Baxılıb : 153
Font Ölçüsü:   |  

Bundan əvvəlki yazımızda WhatsApp-ın müəssisələr üçün xüsusi “təsdiqlənmiş hesab” funksiyasını həyata keçirdiyini və yalnız müəssisələr üçün yeni bir tətbiq yaratmağa başladığını bildirmişdik.

WhatsApp, kiçik ve orta ölçülü şirkətlərin ödənişsiz istifadə edə biləcəyi bir tətbiq hazırlayır və bununla yanaşı böyük şirkətlərə əlavə xüsusiyyətləri də istifadə edə biləcəkləri ödənişli bir tətbiqi də təqdim etməyə hazırlaşır. Görünür ki, Facebook, 19 milyard dollarlıq WhatsApp’ı aldıqdan sonra pul qazanmağa başlayıb. Ödənişli olan bu tətbiq sayəsində məsələn, yemək şirkətlərinin, müştərilərinə yemək sifarişlərinin vəziyyətini tətbiq üzərindən xatırlada biləcək.

WhatsApp'ın COO-u Matt İdema etdiyi açıqlamada: “Facebook-un sahib olduğu mesajlaşma xidməti müəssisələr və istehlakçılar arasındakı boşluğa körpü uzatmağa kömək olacaq yeni funksiyalarını şirkətlərə göndərməyə hazırlaşır. İnsanların müəssisələrdən ehtiyacı olan cavabları ala bilməkləri üçün bir təməl yaratmaq istəyirik.” demişdir.

Bundan əlavə Matt İdema, WhatsApp-ın reklam dərc edərək gəlir əldə etmək ehtimalının olduğunu da qeyd edir.

WhatsApp səlahiyyətliləri istifadəçilərin sponsorlu mesaj almayacağını da qeyd edir və müəssisədən mesaj alan şəxslərin telefon nömrəsini verərkən “WhatsApp vasitəsilə əlaqə yaradılmasını təsdiqləyirəm” formasında bir razılıq verməli olduğunu da qeyd edir. İstifadəçilərin də “oxudum və təsdiq edirəm” tərzli bir təsdiq alması bilindiyi kimi çox da çətin deyil. Bundan başqa “sponsorlu mesaj” kimi bir gəlir forması olmayacağını da hələlik proqnozlaşdıra bilirik.

Hava yolu şirkətləri, otellər, yemək şirkətləri kimi geniş bir miqyasda böyük firmalara bu yeni xüsusiyyətlərini təqdim etməyə hazırlaşan WhatsAppın, 1,3 milyard istifadəçisi ilə istehlakçı-müəssisə arasında bir körpü yaradaraq böyük bir fayda təmin edəcəyi gözlənilir.

Mənbə: pazarlamasyon

Bu bölməyə aid digər xəbərlər.